Bakıda unikal OĞURLUQ: Kameraları qırdılar, marketi soydular, gedərkən məktub da yazdılar – VİDEObackend

Bakıda unikal OĞURLUQ: Kameraları qırdılar, marketi soydular, gedərkən məktub da yazdılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda marketlərin birində oğurluq hadisəsi baş verib.

Bu barədə sosial mediada görüntülər yayılıb.

Belə ki, gecə saatlarında baş verən hadisəni törədən şəxs (və ya şəxslər) qapıya müdaxilə edərək onu sındırıblar. Onlar kassadakı pulları və E-manat onlayn ödəniş sistemi aparatını qıraraq bütün pulu aparıblar.

Həmçinin, görüntülərdə kameraların da söküldüyü əks olunub. Oğru(lar) marketdən uzaqlaşmamışdan əvvəl “mühafizəyə keçin” yazılı vərəqəni də burada qoyublar.

Oxu.az