Bakıda xanım həkim həbs edildi – ŞOK ƏMƏLLƏRİ ÜZƏ ÇIXDI – VİDEObackend

Bakıda xanım həkim həbs edildi – ŞOK ƏMƏLLƏRİ ÜZƏ ÇIXDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Pirallahı rayonu üzrə 18 saylı bölməsinin həkimi, 1966-cı il təvəllüdlü Təranə Bağırova həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, xanım həkim bir neçə vətəndaşa qarşı dələduzluq əməli törətməkdə təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə açılmış işin materialları Qaradağ rayon Məhkəməsinə göndərilib.

İttihamda qeyd edilib ki, həkim T.Bağırova bir neçə tanışını aldadaraq onlardan xeyli pul alıb. Onun aldatdığı şəxslər də qadın olub. T.Bağırova həmin qadınlardan ikisini xəstəxanaya xadimə kimi işə düzəldəcəyinə söz verib və hər birindən 3 min manat olmaqla pul alıb. Digər qadın isə Təranəyə oğlunu sürücü kimi işə düzəltməkdə kömək etməsi üçün pul verib. Lakin T.Bağırova bütün pulları ələ keçirib və verdiyi vədi yerinə yetirməyib.

T.Bağırovanın əməlləri barədə cinayət işinin açılmasından sonra o işdən çıxarılıb. Məhkəmənin hökmü ilə T.Bağırova 3 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

O, qadınların cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinə göndərilib.