Bakıda xanım sürücü görün nə edirmiş… – POLİS SAXLADI – VİDEObackend

Bakıda xanım sürücü görün nə edirmiş… – POLİS SAXLADI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adətən sürücülərin əksəriyyəti elə düşünür ki, gecə vaxtı qayda pozuntusu diqqət cəlb etməyə bilər. Elə buna görə də gecələr yol hərəkəti və digər qaydaları pozan şəxslər çox olur. Yol polisi isə mütəmadi müşahidə aparır və yollar nəzarətdədir. Elə dünən axşam keçirilən reyddə əməkdaşlarımız da iştirak edib. Reyd zamanı sərxoş avtomobil idarə edəndən tutmuş, sənədsiz və tibbi maska taxmadan avtomobil idarə edərək qayda pozan sürücülər saxlanıblar. Onlar inzibati qaydada cərimə olunublar.

Dəfələrə xəbərdarlıq edilməsinə baxmayaraq hələ də sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər var.

Bunu gecə keçirilən reyddə aşkar olunan belə sürücülər deməyə əsas verir. Binəqədi rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları reyd zamanı işıq cihazından düzgün istifadə etməyən sürücünü saxladıblar. Sürücü yoxlanarkən onun sərxoş olduğu üzə çıxdı.

Sürücü Valeh İmamrzayevi yol polisi sərxoşluğun müayinə mərkəzinə gətirdi.

Gecə yoxlaması zamanı avtomobili sənədsiz idarə edən sürücü də saxlanıldı. Təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanan xanım sürücünün atasına məxsus avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi aşkar olundu.

Reyddə avtomobilində maska taxmadan sərnişin aparan sürücü də saxlanıldı. Törətdiyi xəta yol polisi tərəfindən ona izah edildi.

 

Həmin sürücü də tibbi maskadan istifadə etmədiyi üçün inzibati qaydada cərimə olundu. Gecə boyu keçirilən reyd zamanı ağır yol nəqliyyat hadisəsinin də şahidi olduq. Gözləmədən yol ayrıcına çıxan minik avtomobili bir cipi vuraraq aşırıb. Qəza zamanı cipin sürücüsü xəsarət alıb. Əraziyə gələn yol polisi hər iki nəqliyyat vasitəsini cərimə meydançasına apardı. Qəza ilə bağlı isə avtoekspertiza təyin olundu.

Daha ətraflı “XəzərXəbər”in materialını izləyin: