Bakıda yarımtikilidə narkotik aludəçiləri saxlanıldılar – İkisi qadındırbackend

Bakıda yarımtikilidə narkotik aludəçiləri saxlanıldılar – İkisi qadındır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə narkotik aludəçilərinin sosial şəbəkələrdə yayılan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli məlumat verib.

Vurğulanıb ki, tədbirlərlə həmin şəxslər müəyyən olunublar.

Əvvəllər də məhkum olunan – Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər.