Bakıda yaşayış binasında yanğın olub – YENİLƏNİBbackend

Bakıda yaşayış binasında yanğın olub – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FHN-in “112” qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-in məlumatına görə, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.

İlkin məlumata görə, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində 2 otaqlı mənzilin 1 otağında yanğın baş verib. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın qısa vaxtda yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

11:28

Bakıda yaşayış binası yanır.

“Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, metronun “Azadlıq” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzillərin birində yanğın başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər.