Bakıda yaşayış binasında yanğın söndürüldü – YENİLƏNİBbackend

Bakıda yaşayış binasında yanğın söndürüldü – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Yasamal rayonu, Füzuli küçəsində dörmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Editor.az  xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən dörmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Milli.Az FHN-in saytına istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.