Bakıda yaşayış evi çökdü: Sakinlər sığınacaq tələb edirlər – VİDEObackend

Bakıda yaşayış evi çökdü: Sakinlər sığınacaq tələb edirlər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası döngə 1-də fərdi evlərin biri çöküb.

Ərazidə olan Suraxanı Rayon İcra Hakimiyyətinin birinci müavini sakinlərə mənzili tərk etmələrini tövsiyə edib. Sakinlər isə İcra Hakimiyyəti əməkdaşından sığınacaq tələb ediblər.

“Bizdə qonaqlama yeri yoxdur. Bu gün İcra Hakimiyyətinə yaxınlaşmalısınız. Daha sonra Mənzil İnşaatı Dövlət Agentliyinə müraciət olunmalıdır. Hazırda mümkün deyil”, – deyə İcra Hakimiyyətinin nümayəndəsi qeyd edib.

Ətraflı Baku TV-nin süjetində: