“Bakıda yazırlar ki, erməni tankları hücuma keçəcək…” – Paşinyanbackend

“Bakıda yazırlar ki, erməni tankları hücuma keçəcək…” – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda olan bənzər söhbətlər Azərbaycanda da gedir. Orada bəziləri yazırlar ki, Bakının göndərdiyi yanacaq Ermənistanda tanklara və digər hərbi texnikalara doldurulacaq, sonra isə Azərbaycana hücum ediləcək. Bu, mövcud reallıqlarla uyğun gəlməyən söhbətlərdir”.

bunu Ermənistanın Baş naziri  Nikol Paşinyan hökumətin iclasında deyib.

O, benzin idxalı səbəbindən Ermənistandan Azərbaycana pul göndərilməsi və Bakının bu puldan silah almaq, hücum etmək üçün istifadə edəcəyi iddialarına cavab verib:

“Bütün bu fikirlər əsassızdır. Gəlin, daha aktiv işlə məşğul olaq.

Əslində, yeni dövr açılır. Biz Ermənistan və onun vətəndaşlarının inkişafı, xoşbəxtliyi və rifahı naminə bu tarixi fürsətdən maksimum istifadə etmək üçün daha məqsədyönlü işləməliyik”.

Globalinfo.az