Bakıda yeddi yaşlı oğlan naməlum şəraitdə öldübackend

Bakıda yeddi yaşlı oğlan naməlum şəraitdə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yeddi yaşlı uşaq naməlum şəraitdə vəfat edib.

Bu barədə Oxu.Az-a Səbail Rayon Polis Şöbəsindən məlumat verilib.

7 oktyabr, saat 19:30 radələrində yaşayış binasının yaxınlığında 2013-cü il təvəllüdlü Saatlı rayon sakini Ağahüseyn Astanovun meyiti tapılıb.

İlkin məlumata görə, uşaq yüksəklikdən yıxılaraq ölüb.

Onun anası, 1993-cü il təvəllüdlü Əfsanə Astanovanın Elçin Əzizov küçəsi, 16 C nömrəli binada mənzil kirayə götürdüyü bildirilir. Uşağın ailəsi haqqında başqa bir məlumat yoxdur.

Prokurorluq hazırda uşağın ölümünün səbəblərini araşdırır.