Bakıda yeni ticarət mərkəzinin qarşısında təhlükəli vəziyyətbackend

Bakıda yeni ticarət mərkəzinin qarşısında təhlükəli vəziyyət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə Bakının Neftçilər prospektində yeni ticarət mərkəzi “Crescent Mall”un istifadəyə verilməsi ilə ərazidə piyadalar üçün təhlükəli vəziyyətin yaranması barədə müzakirələr aparılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və şəkillər yayılıb.

Fotolardan da görünür ki, piyadalar, hətta yanlarında azyaşlı olsa belə, həyatlarını təhlükəyə ataraq yüksək sürət həddi təyin edilmiş yoldan keçirlər.

Əksər sosial şəbəkə istifadəçiləri ərazidə piyada keçidlərinin təşkilini, işıqfor quraşdırılmasının vacibliyini qeyd edirlər.

Maraqlıdır ki, ərazidə yeraltı piyada keçidi olsa da, vətəndaşlar oradan istifadə etmirlər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hazırda sözügedən keçid istifadəyə yararlıdır: “İnsanlar oradan istifadə edirlər. Keçiddə eskalatorlar da işləyir. Ümumiyyətlə, keçid elə yerdədir ki, piyadalar onu görməyə bilməz”.