Bakıda yeni və bahalı taksi xidmətibackend

Bakıda yeni və bahalı taksi xidməti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taksi sifariş verəndə artıq seçimlər sırasında ekonom, konfrot və bizneslə yanaşı, COP29 bölməsini də görmək mümkündür. Ancaq bu taksi qiymətləri digərlərindən olduqca bahadır. Məsələn, ekonom taksi ilə 5 manat olan məsafəni, COP29 taksiləri 15-20 manata və daha yüksək qiymətə təklif edir.

Editor.az  Xəzər TV-yə istinadən bildirir ki, onlayn taksi xidməti şirkətləri bildirirlər ki, COP29 taksiləri daha çox ölkəyə gələn turistlər üçün nəzərdə tutulub, amma paytaxt sakinləri də istifadə edə bilərlər.

Həmçinin o da bildirilib ki, COP29 taksiləri elektrik və hibrid avtomobillərdən ibarət olacaq.

Qeyd edək ki, COP29 taksiləri paytaxtda noyabr ayının sonuna qədər fəaliyyət göstərəcək.