Bakıda yeniyetməni avtomobil vuraraq öldürüb – FOTO – VİDEObackend

Bakıda yeniyetməni avtomobil vuraraq öldürüb – FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, qəza paytaxtın Vaqif küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verib.

Təxminən 10-14 yaşlı oğlan “Koala” parkdan çıxaraq (hələlik ad soyadı bilinmir) piyada üçün nəzərdə tutulmuş keçiddən keçərkən onu yüksək sürətlə hərəkətdə olan avtomobil vurub. Yeniyetmə hadisə yerində ölüb.

Yeniyetmənin yaxınları axtarılır. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.