Bakıdakı dəhşətli qətllə bağlı yeni faktlar: öldürdü, qəbirstanlıqda basdırdı – VİDEObackend

Bakıdakı dəhşətli qətllə bağlı yeni faktlar: öldürdü, qəbirstanlıqda basdırdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakıda nəvənin nənəsini öldürməsi ilə bağlı xəbər vermişdik. Bu gün əməkdaşımız Ramal Abdullayev hadisənin baş verdiyi ünvanda olub. Cinayətin bəzi təfərrüatlarını öyrənib.

Nəvə ev üstündə nənəsini qətlə yetirib.

Hadisə ötən gün paytaxtın Yeni Suraxanı qəsəbəsi Zərdabi küçəsində baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, 23 yaşlı Murad İmanov mübahisə zamanı 69 yaşlı nənəsi Natalya Popovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu öldürüb.

Editor.az Xəzər TV-yə istinadən xəbər verir ki, mərhumun qızı Yuliya Quliyeva deyir ki, Natalya Popova Murad İmanovu və onun anasını evində saxlayıb və Murada öz övladı kimi baxıb. Amma son vaxtlar Murad İmanovun psixoloji problemləri yarandığından nənəsi və anası ilə mübahisələr edirmiş.

Yuliya Quliyeva deyir ki, hadisə günü Murad İmanovun anası işə gedib və o, nənəsi ilə evdə tək qalıb. Yuliya Quliyeva dəfələrlə anasına zəng vursa da, telefona cavab vermədiyindən dərhal qonşulara xəbər veriblər.

Ailə bundan sonra 69 yaşlı qadının axtarışlarına başlayıb. Polisin də qadının axtarışlarına başlamasından sonra məlum olub ki, Natalya Popovanı nəvəsi Murad İmanov bıçaqlayaraq öldürüb.

Murad İmanovun meyiti arabaya qoyub aparması binanın qarşısında olan müşahidə kamerasına da düşüb. Meyit qəbirstanlıqda boş sahədən aşkar edilib. Murad İmanov şübhəli şəxs qismində saxlanıb. Faktla bağlı onun barəsində rayon prokurorluğunda ”qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.