Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni hərbi texnikaların siyahısı genişlənib.
Oxu.Az noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda təqdim olunan həmin texnikaları təqdim edir:
Ordumuzun arsenalına yeni əlavə edilən puls üzərində “Sky Striker Blok-4” sərbəst uçan döyüş sursatları sistemi də paradda təqdim olunub:

Puls üzərində 370 millimetrlik yüksəkdəqiqlikli “Predator Hawk” da Ordumuzun arsenalına yeni daxil edilən silahlardandır:

Beşinci nəsil “Ice breaker” qanadlı raket kompleksi də Azərbaycan Ordusunun arsenalına yeni daxil edilən hərbi texnikalar sıranda yer alıb:

“C-27J” yük təyyarələri və “CF” qırıcıları da Azərbaycan Ordusunun hərbi arsenalına yeni daxil edilən texnikalardır:


Ordumuzun arsenalına modernizasiya edilərək əlavə olunan “Su-25 Laçın” hücum təyyarələri də paradda təqdim olunub:


Azərbaycan Ordusunun arsenalına yeni hərbi texnikalar əlavə edilib.
Oxu.Az xəbər verir ki, həmin texnikalar noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda “Vaşaq” xüsusi əməliyyat vasitələri və “Kobra-2” zirehli tibbi təxliyyə teknikası ilk dəfə nümayiş etdirilib.

Silahlanmaya yeni qəbul edilmiş, yerli istehsal olan “Vikinq” hava hədəflərinə qarşı çoxfunksiyalı mobil döyüş kompleksi də paradda keçidi həyata keçirilən texnikalar arasında yer alıb.

Silahlanmaya yeni qəbul edilən 155 millimetrlik uzaqmənzilli “Nora” və 155 millimetrlik uzaqmənzilli “Vita” özüyeriyən artilleriya sistemi də paradda təqdim edilib.

Azərbaycan Ordusunun arsenalına yeni puls üzərində 122 millimetrlik “Accular” yaylım atəşli reaktiv sistemi də nümayiş etdirilib.



