Bakıdan İranı MAT EDƏCƏK manevr – Molla rejiminə SİLLƏ kimi CAVABbackend

Bakıdan İranı MAT EDƏCƏK manevr – Molla rejiminə SİLLƏ kimi CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın İsraillə yanaşı Fələstinlə də əlaqələrə əhəmiyyət verməsi doğru strategiyadır”.

Bunu Milli.Az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, heç bir dövlət bizi İsraillə strateji əməkdaşlığa görə ittiham edə bilməz:

“Azərbaycan İsraildə səfirlik açmaqla yanaşı Fələstində nümayəndəliyin fəaliyyətə başlayacağına qərar verib. Başqa dövlət rəsmiləri də İsrailə səfəri yekunlaşdırdıqdan sonra Fələstinə keçirlər. Bu İsraillə Fələstin arasında balansı qorumağa imkan verir.

Azərbaycanın İsraildə səfirlik açması Fələstini narahat etmədiyi kimi, Azərbaycanın Fələstində nümayəndliyinin fəaliyyətə başlaması da İsraili narahat etmir. Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında Fələstin xalqının azadlıq istəyinə verdiyi dəstəyə, beynəlxalq platformalarda Fələstini dəstəklədiyinə görə, Azərbaycana təşəkkürüni bildirib.

Azərbaycan hər il 25 fələstinli tələbə üçün təqaüd ayırır, paralel olaraq Nablus regionunda məktəb tikəcək. Bunlar varkən heç bir dövlət bizi İsraillə strateji əməkdaşlıq fonunda Fələstini guya unutmağımızda ittiham edə bilməz”.