Bakıdan İstanbula uçan təyyarə təcili eniş etdi: Viruslu həkim vəfat etdi…backend

Bakıdan İstanbula uçan təyyarə təcili eniş etdi: Viruslu həkim vəfat etdi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda özəl xəstəxanaların birində çalışan türkiyəli professor, burun-boğaz həkimi Ömer Refiq Çaylan koronavirus səbəbindən dünyasını dəyişib. 

58 yaşlı həkim iyul ayının 26-da səhhətində yaranan problemlə əlaqədar müalicə almaq üçün Bakı-İstanbul təyyarə reysi ilə aparılıb. Öskürək və tənəffüs çatışmazlığı səbəbindən təyyarədə vəziyyəti ağırlaşıb. Təyyarə təcili Sivasa enib.

O, “Sivas Nümunə Xəstəxanası”na yerləşdirilib. Müalicə aldığı xəstəxanada səhhəti daha da ağırlaşan həkim təcili olaraq “Çayla Sivas Respublika Universiteti”nin Tibb Fakültəsi Xəstəxanasına aparılıb.

Həkimlərin səyinə baxmayaraq Ömer Rafiq Çaylanın həyatını xilas etmək mümkün olmayıb.

//Mediapost.az