Bakıdan Təl-Əvivə uçuşlar ləğv olunubbackend

Bakıdan Təl-Əvivə uçuşlar ləğv olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıdan Təl-Əvivə uçuşlar ləğv olunub.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Məlumata əsasən, saat 09:05 və 18:40-a planlaşdırılan iki reys təxirə salınıb.

Qeyd edək ki, bu gün (14 aprel) İran İsrailə qarşı “Doğru Vəd” adlı əməliyyata başlayıb və İsrailə onlarla PUA və raket atıb.

Xatırladaq ki, 1 apreldə İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüblər. Həmin vaxtdan sonra İran və İsrail arasında gərginlik artıb.