Bakıdan Xankəndidə 29 günlük XÜSUSİ “ƏMƏLİYYAT” – Separatçılar bir-birinə …backend

Bakıdan Xankəndidə 29 günlük XÜSUSİ “ƏMƏLİYYAT” – Separatçılar bir-birinə …

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən gün sosial şəbəkələrdə yayılan videogörüntü daha sonra müxtəlif informasiya saytlarının xəbər başlığına çevrildi. Belə ki, Xankəndidə yaşayan mülki erməni Azərbaycan postuna yaxınlaşaraq yardım istədi və onun ehtiyacları qarşılanaraq yola salındı, bu görüntülər sürətlə yayıldı”. 

Bunu  açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, artıq Ermənistanın sülhdən qaçış planı baş tutmayacaq:

“Bu, onun göstəricisidir ki, Xankəndidə olan ermənilərin hamısı terrorçu və Azərbaycana qarşı döyüşmək niyyətində olan şəxslər deyil, Azərbaycan tərəfi həmin ərazidəki mülki ermənilərin ehtiyaclarını ödəyə bilər. Bununla reinteqrasiya prosesinin də bir qığılcımı təyin olundu.

Eyni zamanda müxtəlif rəylər var idi ki, bu adam Xocalı cəlladı ola bilər, Azərbaycana qarşı Birinci və İkinci Qarabağ müharibələrində iştirak etmək niyyəti və iştirakı olan bir şəxs kimi də dəyərləndirildi. Amma düşünürəm ki, istənilən halda Azərbaycanın xüsusi xidmət orqanları onun kimliyini araşdırdıqdan sonra onun ərzaq və digər ehtiyaclarını qarşılayıblar.

Amma 2022-ci ildə Ermənistan dəfələrlə danışıqlar prosesindən yayınıb. Praqa və Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan Ermənistanın siyasi rəhbərliyi sonrakı proseslərdə danışıqlardan boyun qaçırmış və birbaşa olaraq sülhü sabotaj etmək niyyətini ifadə edib.

Belə ki, dekabrın 7-də Brüssel formatında növbəti görüşün keçirilməsi planlaşdırılırdı və burada Ermənistan baş naziri tələb irəli sürdü ki, Fransa rəhbəri Emanuel Makron mütləq şəkildə bu görüşdə iştirak etməlidir. Lakin bu görüşün baş tutmamasına çalışan Ermənistanın siyasi rəhbərliyinin hiyləgər gedişi idi.

Daha sonra Moskvada Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirləri arasında görüş keçirilməli idi. Bu görüşə də Laçın-Xankəndi yolunda baş verən prosesləri bəhanə gətirərək Ermənistan XİN başçısı Ararat Mirzoyan iştirak etmədi.

2023-cü ildə bu danışıqlar prosesi davam etdiriləcək və diplomatik trekdə Azərbaycanın artıq mühüm bir üstünlüyü var. Bu, məhz elə ekofəalların həyata keçirdiyi aksiya ilə birbaşa bağlıdır. Artıq Ermənistanın sülhdən qaçış planı baş tutmayacaq və Ermənistanın siyasi rəhbərliyi nə qədər özünü Qarabağdakı proseslərdən kənara çəkməyə çalışsa da axırda Təhlükəsizlik Şurasının iclasını çağırmağa məcbur oldu.

Burada da separatçılara ümid verən bir sıra fikirlərin söylənilməsi gözlənilir, amma istənilən halda artıq proses Azərbaycanın xeyrinə davam edir. Soyuğa, şaxtaya, qarlı-boranlı havaya baxmayaraq, Azərbaycan bu aksiyanı davam etdirərərk siyasi iradə nümayiş etdirir. Düşünürəm ki, artıq Vitali Balasanyanın separatçıların funksioneri qismindən kənarlaşdırılması və digər baş verən proseslər aksiyanın effektivliyini nümayiş etdirir və bundan sonra da Azərbaycanın maraqları çərçivəsində proses davam etdirilməlidir”.

milli.az