Bakıdan xaricdəki bloggerlərə kompromatları kimlər ötürür?backend

Bakıdan xaricdəki bloggerlərə kompromatları kimlər ötürür?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaricdəki bloggerlər yenə öz aralarında “satqın” axtarışına çıxıb. Tural Sadıqlının hakimiyyətlə mübarizənin Azərbaycan xalqının öz işi olduğu və iqtidar barəsində xarici dairələrə şikayət etməyi doğru hesab etmədiyi ilə bağlı statusundan sonra həmkarlarının ona cavabı gecikməyib. Əfqan Muxtarlı Tural Sadıqlını hakimiyyətlə əməkdaşlıqda, hansısa məmurların sifarişlərini icra etməkdə ittiham edib.

İndiki məqamda Əfqan Muxtarlının bu ittihamları olduqca ciddi araşdırma tələb edir. Belə çıxır ki, bütün günü Azərbaycan dövlətini, iqtidarını, yüksək çinli məmurları hədəf seçən T.Sadıqlıya bu sifarişləri elə Bakıdakı hansısa yüksək vəzifəli məmurlarmı verir?

Tural Sadıqlının dövlət məmurları ilə bağlı fakt kimi ictimaiyyətə təqdim etdiyi kompromatlar ona Bakıdan müəyyən hakim dairələr tərəfindənmi ötürülür?

Dolayısı ilə, Sadıqlının maliyyəşləşməsində Bakıdakı hansısa yüksək çinli məmurlar iştirak edirmi?

Əgər, Əfqan Muxtarlının bu iddiaları həqiqətdirsə və o Tural Sadıqlı ilə əməkdaşlıq edən məmurları bilib açıqlamırsa, bunun özü ciddi şübhələrə yol açır…

//Fərid Şahbazlı