Bakının 5 maddəlik sülh təklifinə İrəvandan CAVAB: Ermənistan hakimiyyətinin əsas planı AÇIQLANDIbackend

Bakının 5 maddəlik sülh təklifinə İrəvandan CAVAB: Ermənistan hakimiyyətinin əsas planı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Ermənistana dəfələrlə sülh sazişi bağlamaq üçün öz təkliflərini irəli sürüb. Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən İrəvana təqdim olunan 5 maddəlik təklif də məhz beynəlxalq hüquq müstəvisində hər hansı bir ərazi iddiası olmadan qarşılıqlı etimad və əməkdaşlığa söykənir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə təkliflər planında qeyd edilənlər iki dövlətin əlaqələrinin normalaşmasına xidmət edir:

“Amma Ermənistan tərəfi sülh sazişinin Minsk Qrupu çərçivəsində aparılmasını təklif edib. Təbii ki, əgər Minsk Qrupu vasitəçi olacaqsa, Ermənistan tərəfi prosesləri uzatmaqda davam edəcək. Minsk Qrupu etnik ermənilərin yaşadığı ərazidə status məsələsini qaldıracaq. Ermənistan hakimiyyətinin əsas planı bundan ibarətdir. Ermənistan tərəfi Rusiya-Ukrayna böhranı fonunda siyasi iradə göstərib bu təklifləri qəbul edib vasitəsiz prosesə başlaya bilər. Amma göründüyü kimi Ermənistan hakimiyyətində siyasi iradə yoxdur və məhz Minsk Qrupuna müraciət edilməsi bir daha Ermənistanın qeyri-konstruktiv mövqeyini ortaya qoyur”.

Siyasi analitik bildirib ki, Azərbaycanın irəli sürdüyü şərtlərin həlli üçün heç bir vasitəçi rola ehtiyac yoxdur:

” Konkret tələblər, təkliflər, şərtlər var və bu tələblər də Ermənistanın müstəqilliyini, ərazi bütövlüyünü təhdid etmir. Azərbaycan beynəlxalq qanunlar çərçivəsində təkliflər verir. Amma göründüyü kimi Ermənistan manevr etməyə çalışır. Hesab edirəm ki, Ermənistandan qaynaqlanan siyasi böhran hələ davam edəcək. Rusiyanın başı Ukraynaya qarışdığı üçün Qarabağ məsələsində aktiv rol ala bilmir. Ermənistan tərəfinin bu məsələdə manipulyasiya etməyə artıq bəhanəsi yoxdur. Konkret olaraq sülh prosesinə başlanmalıdır”.

//Gülnarə Abasova, Editor.az