Bakının bu hissəsidə “xruşovka”lar sökülür – AÇIQLAMA – FOTObackend

Bakının bu hissəsidə “xruşovka”lar sökülür – AÇIQLAMA – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yasamal rayonunda “xruşovka”ların mərhələli şəkildə söküntüsünə başlanılıb.

Editor.az Trend-ə istinadən bildirir ki, hazırda A.M.Şərifzadə və İ. Taılıblı küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli binalardan birində söküntü iş aparılır.

Yasamal İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov Trend-ə açıqlamasında bildirib ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.

“Layihə Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənib. Söküntü işini “SmartDom” MMC şirkəti aparır. Pilot layihə deyil”, – deyə o əlavə edib.