Bakının ən böyük narkobaronlarından biri tutuldu – VİDEO – FOTObackend

Bakının ən böyük narkobaronlarından biri tutuldu – VİDEO – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının ən böyük narkotik tədarükçülərdən biri saxlanılıb.

Bu brədə Editor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Xidmət rəsmisi, polis mayoru Anar Qafarov qeyd edib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında payaxt sakini İlham Səmədov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 24 kiloqram, o cümlədən 7 kiloqram heroin, 8 kiloqram marixuana, 6 kiloqram metamfetamin və 3 kiloqram həşiş-qətranı aşkar edilib.

İlham Səmədov narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Biləsuvar rayonu ərazisinə keçiriləndən sonra əldə etdiyini və dəstənin digər üzvlərinə çatdırmaq məqsədi ilə Bakıya gətirdiyini bildirib. Araşdırmalar nəticəsində İlham Səmədovun ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən biri olduğu sübuta yetirilib.

Faktla bağlı cinayət işi başlanılıb, İlham Səmədov barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, daxili işlər orqanları tərəfindən 2022-ci ildə 3 ton 320 kiloqram müxtəlif növ narkotik vasitə və 323 kiloqram psixotrop maddə dövriyyədən çıxarılıb.