Bakının əsas prospektində tıxaca səbəb olan qəzanın görüntüləri – YENİLƏNİB + FOTO/VİDEObackend

Bakının əsas prospektində tıxaca səbəb olan qəzanın görüntüləri – YENİLƏNİB + FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyev prospekti-hava limanı yolunda baş verən qəza zamanı avtomobil aşıb.

Oxu.Az həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, qəza səbəbindən hər iki istiqamətdə sıxlıq müşahidə edilir.

10:39

Bakının əsas yollarından birində nəqliyyat vasitəsi aşıb. Bu isə öz növbəsində tıxaca səbəb olub.

Oxu.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi rəsmisi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev prospekti-hava limanı yolunda (Yeni Ramanaya dönən hissədə Mərdəkan istiqamətində) nəqliyyat vasitəsi aşıb. Qəza səbəbindən hazırda hər iki istiqamətdə sıxlıq müşahidə edilir.