Bakının mərkəzində aksiyaya cəhd – DİN-dən reaksiyabackend

Bakının mərkəzində aksiyaya cəhd – DİN-dən reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Tərtər hadisələri ilə bağlı həbs edilənlərin ailə üzvləri Prezident Administrasiyasının yaxınlığına toplaşıb. Onlar Tərtər işi ilə bağlı istintaqın ədalətli və düzgün aparılmadığını deyərək etiraz ediblər.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov qafqazinfoya açıqlamasında bildirib ki, asayişin pozulması hallarına yol verilməyib:

“Polis əməkdaşları asayişin mühafizəsinə cəlb olunub və həmin şəxslərlə profilaktik söhbət aparıblar. Bundan sonra həmin şəxslər ərazini tərk ediblər. Heç bir insident qeydə alınmayıb, asayişin pozulması hallarına yol verilməyib”.