Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Editor.az-a nazirlikdən məlumat verilib.
Bakının mərkəzində yerləşən məşhur restoranda yanğın olub.
Editor.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nəsimi rayonunda yerləşən “Yüngül Cinayətlər” restoranında baş verib.
Fövqəladə Hallar Nazirliyinin əraziyə cəlb olunan əməkdaşları yanğının qarşısını alıb.
Hadisə zamanı xəsarət alan olmayıb.


.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)