Paytaxtın Səbail rayonu Nizami küçəsində baş verən insidenti törədən şəxslər – M.Əbdüləzimov və E.Sadıqlı saxlanılaraq ərazi üzrə polis bölməsinə gətiriliblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib
Məlumata görə, hadisə ilə bağlı araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.