Bakının məşhur bazarının yaxınlığında yanğın: Yolda sıxlıq yaranıbbackend

Bakının məşhur bazarının yaxınlığında yanğın: Yolda sıxlıq yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

NazirlikdənOxu.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar:

“Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazarı”nın yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın məhdudlaşdırılıb və hazırda tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir”.

Bakıda ticarət mərkəzinin yaxınlığında yanğın başlayıb.

Oxu.Az Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına istinadən bildirir ki, yanğın yolda sıxlıq yaradıb.

Qeyd olunub ki, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazarı”nın yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.