Paytaxtın Nizami küçəsindəki yanğın baş verən anbarın dam örtüyü – dəmir lövhə deformasiyaya uğrayıb.
Bu barədə Oxu.Az ın hadisə yerində olan əməkdaşı xəbər verir.
FHN-dən isə bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
“Hazırda ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilməklə yanğın nəzarətə alınıb. Yanğının tam söndürülməsi əməliyyatı davam edir”.