Bakıya qarşı AMANSIZ SAVAŞ başladı – Azərbaycanı meydandan silməyə tələsən kimdir? – TƏFƏRRÜATbackend

Bakıya qarşı AMANSIZ SAVAŞ başladı – Azərbaycanı meydandan silməyə tələsən kimdir? – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyinin təxminən bir ay əvvəl ard-arda bir neçə dəfə sülhməramlı kontingentinin Azərnbaycana məxsus müvəqqəti nəzarəti zonasındakı əraziləri erməni toponimləri ilə öz rəsmi saytında qeyd etməsi rəsmi Bakıdan dəfələrlə xəbərdarlıqlara səbəb olsa da, Laçın yolundakı aksiyadan öncə ekoloqların səfəri ilə əlaqədar jurnalistlərin qarşısına çıxan Andrey Volkovun qeyd etdiyi “Toponim məsələsinin bizə heç bir adiyyatı yoxdu, bu məsələ Moskvadan tənzimlənir” açıqlaması belə görünür ki, həqiqətən də elə onun dediyi kimi imiş.

Bunu deməyə əsas verən ən vacib kart Ermənistan XİN başçısı Sergey Lavrov 2 gün əvvəl Moskvada Ararat Mirzoyanın iştirakdan imtina etdiyi görüş əsnasında azərbaycanlı həmkarı ilə birgə mətbuat konfransı zamanı üzə çıxdı. Lavrov bəlkə də 44 günlük müharibədən bəri ilk dəfə açıq şəkildə çoxdan dilinin altında gizlətdiyi “həqiqətini” açıqladı. Lavrovun çıxışı zamanı “Qarabağın rəyinin (mövqeyinin) öyrənilməsi” , “Qarabağ rəhbərliyi”, “Qarabağ ərazisi” kimi qüsurlu ifadələrdən istifadə etdi.

O, Azərbaycan rəsmi nümayəndələrinin qızıl yataqlarımızdakı talanla bağlı bu əraziyə monitorinq məqsədilə daxil olmalarına sanki “Qarabağ rəhbərliyi” icazə verməyib kimi iddia irəli sürməklə Qarabağın dağlıq hissəsinin (sülhməramlı kontingentin müvəqqəti nəzarət zonası) sanki Azərbaycanın deyil, separatçıların, qondarma rejim qalıqlarının suverenlik sahəsi imiş kimi bir mövqe ortaya qoymuş oldu.

Lavrovun bu ifadələrinin əslində Fransanın, Emanuel Makronun Azərbaycana qarşı sərgilədiyi qarayaxma kampaniyasından heç bir fərqi yoxdur. Hər ikisi separatçılığı təşviq edən bəyanat səsləndirdi, hər ikisi Azərbaycan ərazisində ikinci “erməni dövlətinin” varlığından bəhs etmiş olur, hər ikisi Azərbaycanın ərazi bütövlüyünə hörmətslik və ərazi bütövlüyünə təhdid yaradacaq mövqedən çıxış edirlər, və nəhayət, hər ikisi dövlətə yaxınlığı ilə seçilən media orqanlarında, televiziyalarında separatçıların “rəhbərlərinə” geniş imkan yaradırlar ki, öz qondarma siyasətlərinin təbliğatı ilə məşğul olub, dünya ictimaiyyətinə yalan, heç bir əsası olmayan, faktlardan uzaq, dezinformasiyalar əsasında hazırlanan məlumatların tirajlanması ilə eninə-boyuna məşğul olsunlar.

Bunu təsdiq edəcək növbəti önəmli detalı diqqətə çatdırmaq istıəyirəm: Sirr deyil ki, erməni əsilli “rusiyalı” milyarder Ruben Vardanyan Qarabağa sentyabr ayında gəlib və cəmi 4 ay içərisində separatçıların liderinə çevrilib. Demək olar ki, o, bu gün faktiki olaraq Araik Arutunyanı arxa plana keçirdib. Bu qısa müddət ərzində Ruben Vardanyan şəxsi reklamına xüsusi diqqət ayırıb. Qarabağa köçdüyü bu müddət ərzində müxtəlif ölkələrin nəşrlərinə müsahibələr verib, xüsusilə də tez-tez Rusiyanın televiziya kanallarında müsahibələrinin şahidiyik.

Çox da ki, Rusiya xarici işlər naziri Sergey Lavrov “Ruben bizdən deyil” desə də, Kremlin nəzarətindəki medianın Vardanyana hansı səviyyədə informasiya dəstəyi verdiyini hər birimiz görürük. Hər şey isə əslində onun yaxın gələcəkdə – necə ki, Vladimir Putin 3 gün əvvəl onun Rusiya vətəndaşlığından çıxarılması ilə bağlı ərizəsini təsdiqlədi, buna hesablanmışdı. Vardanyan Xankəndidəki dünən baş tutan mitinqin piarını da elə məhz ona havadarlıq edən qüvvələrin vasitəsilə təşkil etdi, sülhməramlıların aktiv səyi nəticəsində müxtəlif yollarla meydana uşaq, qadın, yaşlı toplayaraq mitinq abu-havası yaratmaq istədi.

Bu amil bir daha təsdiq edir ki, bölgədəki mövqe savaşı uğrunda özgə vaxtı başqa regionlarda, başqa mövzularda sözləri üst-üstə düşməyən, bir-biri ilə it-pişik kimi yola gedən dövlətlərin maraqları bu regionda eynidir – Azərbaycan ərazisində ikinci qondarma “respublikanın mövcudluğunu” nəyin bahasına olursa-olsun əldə etmək və bununla da rəsmi Bakıya qarşı istənilən zaman bu məsələdən rıçaq kimi istifadə etməklə öz təzyiq mexanimzlərini qoruyub saxlasın.

Belə görünür ki, artıq Ermənistanın Qərbə meyil göstərməsi və bu prosesin getdikcə daha geniş vüsət alması Rusiyanı Qarabağ üzərindən ermənilərə təsir rıçaqlarını əldə saxlamaq üçün Azərbaycana qarşı istənilən təhlükəli oyunu tətbiq etməsinə gətirib çıxara bilər.

Növbəti təzahürlər

Belə ki, Laçın yolunda azərbycanlı eko-fəalların, vətəndaş cəmiyyəti aktivistlərinin artıq 16 gündür davam etdirdiyi etiraz aksiyasını əsas gətirən Ermənistan tərəfi bütün variantlardan istifadə edərək Rusiyanın İrəvana daha çox qucaq açmasına çalışır. Bunu Nikol Paşinyanın son çıxışlarında sülhməramlıların Laçın yolundakı vəziyyətə görə fəaliyyətini növbəti dəfə tənqid atəşinə tutması, kontingentin işindən narazılığını Moskvaya açıq bəyan etməsindən də anlamaq çətin deyil.

Ermənistan hakimiyyəti, Qarabağ separatçıları və erməni lobbisi ilə birgə rəsmi Moskvanın və Fransanın da Ermənistanla Qarabağı birləşdirən yolda azərbaycanlıların etirazını dayandırmaq üçün bütün alətlərdən – BMT Təhlükəsizlik Şurası, telefon zəngləri və sonda Xankəndində mitinqdən istifadə etmələri çox da xoş olmayan növbəti real mənzərəni açıb ortaya qoyur.

O nədir?

Çox yaxşı bilirik ki, Bakıdan gedən ekoloqlara sülhməramlı kontingent monitorinq üçün münbit şərait vədi versə də, əks həmlə ilə üz-üzə qaldıq. Nəticədə 12.12.2022-ci il tarixindən etibarən Şuşa – Xankəndi yolunda ekofəalların, aidiyyatı dövlət qurumlarının, eləcə də digər ictimai birliklərin nümayəndələrinin iştirakı ilə başlayan etiraz aksiyası bu dəqiqəyə kimi davam edir.

Maraqlısı orasındadır ki, etiraz aksiyasının başlamasından 2 gün əvvəl, yəni 10 dekabrda Araik Arutyunyan Fransada idi və bundan bir gün sonra İrəvana qayıtdığı barədə məlumatlar yayıldı. 12 dekabr tarixində isə İrəvanda Ermənistan Təhlükəsizlik Şurasının iclasında iştirak etdi.

Sual yaranır: Bəs Laçın yolunda etiraz aksiyası başlananda Araik İrəvanda olduğu halda ötən gün necə oldu ki, Xankəndində keçirilən mitinqdə göründü? Qondarma rejim rəhbəri hansı yolla Xankəndinə daxil olub? Nəzərə alsaq ki, Xankəndinin Ermənistanla yeganə əlaqəsi Laçın yoludur, alternativ yol isə hava əlaqəsidir ki, Azərbaycan da ona icazə vermirik, bu zaman bir variant qalır – Ermənistandan Xankəndinə gələn Laçın yolu, yəni ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrimizin etiraz etdiyi ərazidən keçən yoldur.

Buradan da ortaya belə bir nəticə çıxır ki, Rusiya hərbi kontingenti məhz aksiyaların ilk günlərində humanitar yardım adı altında (hansı ki, o zaman yoxlama yox idi tərəfimizdən) Araikin hansısa yeşikdə, bağlamada Xankəndinə keçirilməsini təmin edib.

Bu isə o deməkdir ki, artıq aksiya iştirakçılarının tələbləri və şərtləri daha da artmalı və onda müxtəlif dəyişikliklər edilməlidir. Çünki sözügedən araşdırmadan da belə nəticə çıxır ki, Azərbaycan artıq Laçın yolunda konkret olaraq nəzarət-buraxılış məntəqəsi qurmalı, daşınan hər növ məhsul və yük yoxlanılmalıdır. Bunu onlar özləri istədilər.

Azərbaycan yolu bağlamayıb və bu gün ermənilər xəstələrini Laçın yolunun aksiyanın davam etdiyi ərazidən çox rahatlıqla Ermənistana keçirirlər, humanitar yüklərə maneə yoxdur. Amma bu da son deyil, erməni mənbələrinin məlumatına görə, Qırmız Xaç Komitəsi 4 xarici ölkə vətəndaşının Ermənistana keçidini də təmin edib. Aydındır ki, həmin xarici vətəndaşlar Azərbaycan qanunlarını pozaraq ərazimizə keçiblər, kimlikləri və hansı ölkəyə məxsus olduqları barədə məlumat yoxdur. Belə halların qarşısını almaq üçün yol daima nəzarət altında olmalıdır. Bir daha bu hadisələr də artıq yolun atamamilə Azərbaycanın nəzarətinə keçməsini, orada nəzarət buraxılış məntəqələrinin quraşıdırlmasını zərurətə çevirir.

Sən rəqibə nə qədər imkan verərsən, o da bir o qədər özünü göstərmək fürsəti əldə edəcək. Bu səbəbdən Azərbyacan ona qarşı məkirli plan qurub öz siyasətlərini diqtə etdirmək istəyən qüvvələrin bütün “silahlarını” əlindən alıb, onları bu imkandan məhrum etməlidir. Görürük ki, indi bu istiqamətdə növbəti amansız mübarizə başlayıb. Azərbaycan haqlı tərəfdir, bunu beynəlxalq hüquq da təsdiq edir. Ona görə də doğru bildiyimiz bu yolda sona qədər mübarizədən çəkilməməliyik.

Bu son günlər Ermənistan dövləti, separatçı rejim, erməni lobbisi bütün imkanlarını səfərbər edib. Azərbaycana qarşı BMT, Aİ, ATƏT, Fransa və digər səviyyələrdə rəsmi Bakıya təzyiqləri artırsalar da, bu, qərarımıza təsir etmir və edəcək kimi də görünmür. Bakı sadəcə hələ ki ona qarşı məkirli planların başında gələn ermənipərəst qüvvələrə nəzakət nümayiş etdirir. Bunu necə ki, dövlət başçısı Qərbi Azərbaycan icmasının nümatəndələri ilə görüşü zamanı açıq bəyan etdi:

“Yenə yalan, yenə iftira, yenə böhtan, kim bunu edir, biz hamımız yaxşı bilirik. Yenə də deyirəm, Ermənistan dövləti hazırda burada ilk sıralarda deyil. Amma bu, bizi heç nədən çəkindirməyəcək. Biz artıq bunu dəfələrlə sübut etmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, müharibədən keçən iki il bunu göstərdi. Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək”.

Bununla da İlham Əliyev Fransa prezidenti Emanuel Makronun ona iki gün əvvəl telefonla zəng etməsini və bu zəngi cavablandırmasını əsaslandırmış oldu. Bununla da dövlət başçısı bir daha bəyan etdi ki, mən artıq onların “hansı yuvanın quşu” olduqlarını yaxşı bilirəm. Konkret desək, məscidin qapısı açıqdır, itin həyasına nə gəlib.

Düzü adam bu firəng və onun kimi 10 minlərlə insan qatillərini hansısa canlıya bənzətməyə də heyfslənir. Çünki ən azı sürünənlərdən tutmuş həşaratlara kimi heç bir heyvan onlar qədər hiyləgər, nə zaman nə edəcəyi naməlum deyil.

Amma bir şey rəsmi Bakı üçün aydın və açıq bəllidir: indi növbə informasiya savaşındadır. Bu beyin yarışından kimin güclü çıxması cütlüyün taleyini də həll edə bilər. Bu səbəbdən də deyə bilərik ki, əsl savaş hələ indi başlayır…

//milli.az