Bakıya qarşı şərləmə: Araikgil üçün kampaniya BAŞLADIbackend

Bakıya qarşı şərləmə: Araikgil üçün kampaniya BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda həbsdə olan erməni hərbi canilərin yaxınları və nümayəndələri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana, İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamentinin rəhbəri İqnazio Kassisə, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Miryana Spolyariç Egerə məktub göndərib. Musavat.com erməni mediasına istinadla xəbər verir ki, məktubda beynəlxalq humanitar hüquq çərçivəsində “Himayəçi Gücü” mexanizminin aktivləşdirilməsi xahiş olunur. Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsində erməni məhbusların maraqlarını təmsil edən Siranuş Sahakyanın rəhbəri olduğu “Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzi” məlumat yayıb.

Ignazio Cassis, from Ticino, is the new President of the Confederation -  Ticino Welcome

Məktubda “Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı ofisinin tamamilə bağlanması ilə bağlı dərin narahatlıq” ifadə olunub.

“Bu, qohumlarımızın onsuz da çətin olan vəziyyətini xeyli pisləşdirib və bizi onların taleyi və vəziyyəti ilə bağlı dərin qeyri-müəyyənlik içində qoyub”,_ deyə beynəlxalq ictimaiyyətini diqqətini cəlb etmək üçün növbəti avantüraya yol verilib. Məktubda deyilir ki, “Yuxarıda göstərilənləri nəzərə alaraq və beynəlxalq humanitar hüquq çərçivəsində müəyyən edilmiş öhdəlikləri xatırladaraq, biz hörmətlə, eyni zamanda, qətiyyətlə Ermənistanı İsveçrənin “Hakimiyyəti Qoruma” rolunu öz üzərinə götürməsi üçün İsveçrə Konfederasiyası Hökumətinə rəsmi müraciət etməyə çağırırıq. Bu, beynəlxalq səviyyədə tanınmış mexanizmlər vasitəsilə qohumlarımızın hüquqlarının, təhlükəsizliyinin və ləyaqətinin qorunmasını təmin etmək üçün zəruri və təxirəsalınmaz bir addımdır”.

Ararat Mirzoyan BQXK-nın Ermənistandakı uzunmüddətli fəaliyyətini yüksək  qiymətləndirib

Məktubda xüsusilə qeyd olunur ki, “Biz qəbul edirik ki, “Protektor Gücü” institutu son onilliklərdə istifadə olunmayıb və bugünkü kontekstdə qeyri-adi görünə bilər, lakin qarşılaşdığımız müstəsna və qanunsuz hallar belə müstəsna tədbirlər tələb edir. Azərbaycan onları ailələrindən, müstəqil vəkillərdən və qərəzsiz humanitar təşkilatlardan təcrid etməyə davam edir ki, bu da 1949-cu il Cenevrə Konvensiyaları da daxil olmaqla, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır”, – deyə əsassız ittihamlar səsləndirilib.  Keçmiş xunta rejiminin həbsdə olan üzvləri ilə bağlı qeyd olunub ki, İsveçrənin BQXK-ya ev sahibliyi edən və beynəlxalq humanitar hüququn əsas dəstəkçisi statusunu nəzərə alaraq, addımlar atması xahiş olunur.

Musavat.com qeyd edir ki, həbsdə olan şəxslər saxlanma şəraitindən narazı deyil, ailələri ilə əlaqə saxlamaq imkanı yaradılır, ötən həftələrdə ombudsmanlıq Ruben Vardanyanla görüşüb, kəsəsi, hər hansı narazılıq bildirilməyib. Lakin onların yaxınları bu həbsləri gündəmdə saxlamaq üçün müntəzəm olaraq ictimailəşdirməyə can atır, müxtəlif beynəlxalq təsisatlara məktublar yazırlar.

Musavat.com