Bakıya qarşı yeni MƏKRLİ oyun – BMT-yə göndərilən sənəddə nə var?backend

Bakıya qarşı yeni MƏKRLİ oyun – BMT-yə göndərilən sənəddə nə var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz azərbaycanlıların Sünikə (Zəngəzura – E.S) müdaxiləsi ilə bağlı məsələni beynəlxalq platformalara çıxarmışıq”.
Musavat.com xəbər verir ki, bu barədə “Birlik Qanadları” siyasi təşəbbüsünün rəhbəri, keçmiş ombudsman Arman Tatoyan öz feysbuk səhifəsində məlumat verib.

Former human rights defender Tatoyan to challenge Pashinyan in 2026  elections

O, qeyd edib ki, bu dəfə BMT-nin İnsan Hüquqları Komitəsinə şikayət təqdim edilib. Tatoyan bildirib ki, guya Azərbaycan ordusu Ermənistana aid əraziləri nəzarətə götürüb. “İnsanlara nə qədər zərər vurulduğunu, insanların torpaqlarını itirdiyini, ailələrinin gəlir və dolanışıqlarını təmin edə bilmədiklərini BMT-yə şikayətdə göstərmişik”,_ deyə keçmiş ombudsman ağ yalan danışıb.

Qeyd edək ki, 2021-ci il noyabrın 16-da Azərbaycan və Ermənistan şərti sərhədinin Laçın və Kəlbəcər istiqamətində baş verən şiddətli toqquşmalar (Zəngəzur döyüşləri də adlanır) zamanı Ermənistan Azərbaycanı öz ərazisinə girməkdə və yüksəklikləri tutmaqda ittiham edib. Halbuki Azərbaycanın nəzarət etdiyi strateji yüksəkliklərin Ermənistana aid olduğu haqda sübut yoxdur. Çünki döyüşlər şərti sərhəddə gedib və həmin ərazilər demilitasiya olunmayıb. O halda erməni tərəfinin Azərbaycanı ittiham etməsinin heç bir əsası yoxdur.

Sadəcə, Tatoyan, keçmiş XİN rəhbəri Oskanyan kimi revanşist dairələrə bağlı şəxslər Azərbaycan əleyhinə bu kampaniyanı aparır. İndi isə BMT-yə belə bir şikayətin göndərilməsi göstərir ki, məsələni gündəmdə saxlamağa çalışırlar. Bir müddət əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentindəki çıxışında sərhədin delimitasiyası məsələsinə toxunaraq demişdi ki, İrəvan suveren Ermənistan ərazisinin 29 743 kv/km təşkil etməsi üçün əlindən gələni edir. “Bizim 200 kv/km-dən çox ərazimiz işğal edilib, bu, bizim demarkasiya prosesi çərçivəsində həll etmək niyyətində olduğumuz məsələdir”, – deyən Ermənistan XİN rəhbəri ittiham irəli sürmüşdü.

Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrlə bağlı BMT-dən ÇAĞIRIŞ

Azərbaycana qarşı ərazi iddiaları hələ də hazırkı Müstəqillik aktında və konstitusiyasında qalan Ermənistanın Tatoyan kimi siyasətçiləri isə bizi işğalçılıqda günahlandırırlar. Erməni baş nazir də bu günlərdə etiraf edib ki, ölkənin Müstəqillik deklorasiyası münaqişə bəyananməsidir. Yəni Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının olduğunu təsdiqləyib. Bundan əvvəl də Paşinyan demişdi ki, əsl Ermənistan 29 min 743 kvadrat kilometr ərazisi ilə beynəlxalq ictimaiyyət tərəfindən tanınan Ermənistandır.

Eyni zamanda, müdafiə naziri Suren Papikyan qeyd etmişdi ki, “Ermənistan qarşısına Azərbaycanın yerləşdiyi 200 kv. km-lik ərazinin problemini həll etmək vəzifəsi qoymayıb”. Onun sözlərinə görə, Azərbaycanla sərhədin delimitasiyası prosesi bu məsələni sülh yolu ilə həll etməyə imkan verir.

Bəs Tatoyan nə çərənləyir? BMT məlum 4 qətnaməni yerinə yetirmədiyi halda, onun göndərdiyi şikayətə baxacaqmı?