“BakuBus” bu şirkətlə 2.8 milyonluq müqavilə bağladı – Tenderbackend

“BakuBus” bu şirkətlə 2.8 milyonluq müqavilə bağladı – Tender

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“BakuBus” MMC istismarında olan “İveco” markalı avtobuslar üçün tələb olunan ehtiyat hissələrin satınalınmasına dair tenderə yekun vurub. 

Yenisabah.az xəbər verir ki, tenderin qalibi “Az-Tex-İmport” MMC olub. “Bakubus” tələb olunan ehtiyat hissələrini almaq üçün sözügedən şirkətə 2 888 493.69 AZN ödəyəcək.

İqtidasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Az-Tex-İmport” MMC 19 iyul 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, ev 2347/48, mənzil 290-da yerləşir. MMC-nin qanuni təmsilçisi İbadullayev Samir Sahib oğludur.

Samir Abdullayev barədə açıq mənbələrdə yalnız onun “AG Bank” tərəfindən məhkəməyə verilməsi barədə məlumat var. Bank şirkət rəhbərini 2017-ci ildə kredit borcuna görə məhkəməyə verib və iddia qismən edilib.

“Az-Tex-İmport” MMC-yə gəlincə, şirkət bu ilin fevralında Bakı Nəqliyyat Agentliyinin 3 ədəd evakuatorun satın alınmasına dair tenderin qalibi olub və tərəflər arasında maliyyət dəyəri 294 900 AZN olan müqavilə bağlanıb.