Əri ilə Mayamiyə bal ayına gedən 26 yaşlı qadın dünyasını dəyişib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Polşadan olan cütlük Mayami küçələrində huşsuz vəziyyətdə tapılıb.
Polis əvvəlcə cütlüyün qarət edildiyini və narkotik maddə aldığını düşünsə də, araşdırmalar nəticəsində həqiqət üzə çıxıb. Müstəntiqlər müəyyən ediblər ki, Aleksandranın ölümünə könüllü qəbul edilmiş psixoaktiv maddələr səbəb olub.Gənc gəlin ölümündən bir neçə saat əvvəl tətildən fotolar paylaşıb.
6 avqust 2022-ci ildə ailə quran cütlüyün xoşbəxtliyi qısa sürüb. Aleksandranın ölüm səbəbi iki illik araşdırmadan sonra 23 oktyabr 2024-cü ildə açıqlanıb. Onun həyat yoldaşı David hələ də hadisə ilə bağlı ictimaiyyətə açıqlama verməyib.