Balaəli Rəşad Dağlının ad günündə görün nə etdi – Videobackend

Balaəli Rəşad Dağlının ad günündə görün nə etdi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının ad günüdür. 

Axşam.az xəbər verir ki, ifaçının övladları Yusif və Bətül atasının ad gününü meyxanaçı Balaəli Rzayevlə birlikdə qeyd ediblər.

B.Rzayev onun evinə gedərək, şam yandırıb, arzularını səsləndirib. “Gələn il azadlığa qovuşasan” deyə, meyxanaçı həmkarını təbrik edib.

Yusif isə atası ilə bağlı “Altıncı gün bir yerdəyik” sözlərini söyləyib.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.