Balaəli Rəşad Dağlının ziyarətində – BELƏ GÖRÜNTÜLƏNDİ – VİDEObackend

Balaəli Rəşad Dağlının ziyarətində – BELƏ GÖRÜNTÜLƏNDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meyxana aləminin ən məşhur simalarından olan Rəşad Dağlının həbs edilməsi pərəstişkarları və meyxanasevərləri ən çox üzən məqamdır. Onun zindan həyatı yaşamasına ən çox üzülənlərdən biri isə sənətdə və şəxsi həyatda dostu kimi tanınan Balaəlidir.

Milli.Az xəbər verir ki, Balaəli Rəşadı tez-tez ziyarət edən şəxslərdəndir. Bu dəfə onun idarə etdiyi avtomobil, dostu üçün getdiyi zindanın qarşısında görüntülənib.

Bu da həmin kadrlar:

Qeyd edək ki, tanınmış meyxanaçı Rəşad Dağlı qonşusu İskəndər Mehtiyevi qətlə yetirməkdə təqsirləndirilir. Qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.