Balakəndə qayınata gəlininə təcavüz etdi: “Zorla taxtın üzərinə oturdub…”backend

Balakəndə qayınata gəlininə təcavüz etdi: “Zorla taxtın üzərinə oturdub…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib – red.) təcavüz edib.

 

Teymur 2020-ci ilin fevralın ortalarındaoğlu Arif və gəlini Leylanın birlikdə yaşadıqları Balakən rayonu Şambul kəndində yerləşən evə gəlib. Giriş qapının qarşısında dayanıb, evdə tək olan Leyladan onu öpməsini tələb edib.

 

Qayınatadan gəlininə qarşı əxlaqsızlıq

 

Gəlin imtina etdikdə, onun qolundan tutaraq özünə tərəf çəkib, zorla qapının yanında olan taxtın üzərinə oturdub, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

 

Teymur 2020-ci ilin fevralın sonlarında saat 20 radələrində yenidən gəlinin yaşadığı evə gəlib. O, Leylanın evdə tək odun sobasının yanında, yerdə oturmasından istifadə edib, ona qarşı təkrar seksual xarakterli zorakılığa yol verib.

 

Növbəti dəfə gəlini ilə təklikdə olduğu zaman nahar etdikdən sonra masanın üzərindəki qabları yığışdıran Leylaya onunla cinsi əlaqədə olmağı təklif edib. Leyla onun əxlaqsız təklif və hərəkətləri barədə əri Arifə məlumat verəcəyini bildirib. Teymur evdən çölə çıxan gəlinin arxasınca həyətə gedib, bıçaqla onun üzərinə yeriyib. O, gəlinini qonşuluqda yaşayan kişi ilə cinsi münasibətdə olmaqda ittiham edib, mərhum arvadı Aybəniz kimi onu da öldürəcəyi ilə hədələyib.

 

Zorla cinsi əlaqədə oldu

 

Bir müddət sonra Teymur armatur götürüərək Leylanın yaşadığı evə gəlib. Barəsində Balakən rayon polis şöbəsinə şikayət etdikləri üçün gəlini Leyla və oğlu Adildən qısas almaq məqsədilə həmin vaxt orada tək qab-qacaq yuyan Leylanın özü ilə getməli olduğunu bildirib.

 

Leyla imtina etdikdə onun baş, kürək və qol nahiyələrinə dəmir parçası ilə zərbələr vurub, getməyəcəyi təqdirdə onu öldürəcəyi ilə hədələyib. Bu vaxt qışqırmağa başlayan Leylanın başına və bədəninə dəmir parçası ilə yenidən zərbələr vuraraq ona xəsarətlər yetirib.

 

Daha sonra gəlinin müqavimətini qırıb, onunla zorla cinsi əlaqədə olub. Gəlinin şikayəti əsasında Teymur həbs olunub.

 

7 maddəli cinayət işi

 

İstintaq orqanı tərəfindən Teymurun barəsində Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 127.2.2-ci (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurma), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) və 229.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı hazırlama) maddələri ilə ittiham elan edilib.

 

“Mənə böhtan atırlar”

 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur bildirib ki, 1993-cü ildə həmkəndlisi Məhəmməd Burtiyevə vintaçanla xəsarət yetirdiyi üçün 4 il 6 altı ay azadlıqdan məhrum edilib. 1998-ci ildə cəzasının sonunda həbsdən azad olunub:

 

“2008-ciildə arvadım Ayzənətin bıçaqla boğazını kəsərək öldürdüyüm üçün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsinin hökmü ilə 10 il müddətinə məhkum edildim. 2018-ci ildə həbsdən çıxdım. Balakən rayon Şambul kəndində qardaşım Əlinin evində yaşamağa başladım. 2020-ci ildə oğlum Adilə bildirdim ki, yaşadığı 2 otaqlı evin bir otağını mənə versin. Bu səbəbdən oğlum üstümə hücum çəkərək məni döyməyə başladı, odun parçası ilə qolumdan və baş nahiyəmdən vurdu.

 

Xəsarət aldıqdan sonra oğlum məni Zaqatala rayon Mərkəzi Xəstəxanasına apardı. Mənə tibbi yardım göstərildikdən sonra Balakən rayon Şambul kəndində yaşadığım evə qayıtdım. Xəstəxanadan evə gəldikdən sonra mənə oğlum və gəlinim baxdı.

 

Gəlinim və oğlumu öldürməklə hədələməmişəm. Oğlum məni vuraraq xəsarət yetirib. Onlarla birlikdə yaşamağımı istəmədikləri üçün mənə böhtan atırlar”.

 

“Gəlinimə əxlaqsız hərəkətlər etməmişəm”

 

Teymurun sözlərinə görə, 2020-ci ildə, təxminən saat 16 radələrində gəlini ilə birlikdə evdə olublar:

 

“Gəlinim qabağıma yemək qoydu, həmin vaxt oğlum evdə deyildi. Çörəyimi yedikdən sonra gəlinim stolu yığışdıranda ona bildirdim ki, nə üçün qonşu Ramazan Qorzolovun evinə gedirsən, axşama kimi evə gəlmirsən? Ramazan Qorzolovu əxlaqsız adam kimi tanıyırdım. Buna görə də gəlinimin Ramazan Qorzolovun evinə getməsini istəmirdim.

 

Bu zaman gəlinim mənim əxlaqsız hərəkət etdiyim barədə oğluma deyəcəyini bildirdi.Ona yaxınlaşaraq belə hərəkətlər etmədiyimi dedim. Gəlinim çölə tərəfə qaçdı və bildirdi ki, Ramazan Qorzolovun evinə gedəcək. Mən də çölə çıxdım və bildirdim ki, Ramazan Qorzolovun evinə gedirsənsə, bir daha bura gələ bilməzsən.

 

Arif sakit şəkildə arxadan gələrək başımın sol tərəfindən dəmir parçası ilə vuraraq məni yerə yıxdı. Yerə yıxıldıqdan sonra Arif belimə və qolumaa vuraraq mənə xəsarət yetirdi. Sonra məni birlikdə Zaqatala rayon Mərkəzi Xəstəxanasına apardılar. Xəstəxanada 3 gün qaldım, sonra yaşadığım evə qayıtdım. Bir gün sonra Arif məni yenidən xəstəxanaya apardı. Mən xəstəxanadan qaçaraq Balakən rayon Şambul kəndində yaşadığım evə gəldim.

 

Gəlinimə qarşı əxlaqsız hərəkətlər etməmişəm. Oğlumu və gəlinimi öldürməklə hədələməmişəm”.

 

“Anasını öldürmüşəm”

 

Teymur daha sonra ifadəsində göstərib ki, gəlini və oğlu yaşayan ferma ərazisinə onların qaldığı sığınacağa gedib: “Həmin ferma qonşumuza məxsusdu. Sığınacağa çatanda gördüm ki, gəlinim həyətdə qab-qacaq yuyur. Ona yaxınlaşaraq bildirdim ki, nə üçün Arif məni döydü, mənə xəsarət yetirərək, bu hala saldı? Gəlinim yerdən odun parçası götürüb başıma vurdu, başım yarıldı. Bundan sonra həmin yerdən qaçaraq uzaqlaşdım.

 

Fermaya getməkdə məqsədim Arifin məni nə üçün döydüyünü aydınlaşdırmaq olub. Gəlinim çöl sahəsinə aparmamışam, həmçinin ona əxlaqsız hərəkətlər etməmişəm. Leylaya toxunmamışam, onu zorlamamışam, heç vaxt ona qarşı seksual xarakterli hərəkətlər eləməmişəm. Bunların hamısını Arif Leylaya öyrədib. Çünki həyat yoldaşımı, yəni Arifin anasını öldürmüşəm. Arif məndən qisas alır.

 

Leylanı zorlamamışam, cinsi əlaqədə olmaq qabiliyyətinə malik deyiləm. Arvadımı öldürdükdən sonra 12 ildir qadınla cinsi əlaqədə olmamışam. Ona görə də oğlumun həyat yoldaşını zorlaya bilmərəm”.

 

“Başıma vurdu, yanıma bıçaq atdı”

 

İbtidai istintaq zamanı ifadə verən Teymur hadisə barədə fərqli danışıb. Bu səbəbdən məhkəmədə onun ibtidai istintaqa verdiyi ifadəsi tədqiq edilib.

 

Teymur ibtidai istintaq zamanı dindirilərkən bildirib ki, təxminən 2020-ci ilin mayında oğlu Arifin evinə gedib: “Ora çatanda gördüm, oğlum öz həyat yoldaşı Leylanı döyür, yumruqla onun başına, boynuna, çiyininə, bədəninə zərbələr vurur, Leyla yerə yıxılanda isə onu təpikləyir. Onları araladım. Leylanı sakitləşdirdim.

 

Leyladan soruşandakı nə baş verib? Dedi ki, Arif öz qardaşı Amilin qızı Səidənin (adlar şərti verilib – red.) saçını darayıb, onu öpüb. Leylanın dediklərindən sonra oğluma ailəsi olduğunu dedim, ona irad tutdum. Arif armatur parçası ilə məni döydü, başıma vurdu, sonra yerə yanıma bıçaq atdı. Qonşuları çağırdı kı, guya bıçaqla onun üstünə hücum eləmişəm. Arif bunları tutulmaması üçün elədi.

 

O məni armaturla vurandan sonra iki saat huşsuz halda yerdə uzanıqlı qalmışam. Sonra Arif o biri oğlum Səmədi çağırdı, məni Zaqatala rayonundakı xəstəxanaya apardılar”.

 

“Dedi, anamı öldürmüsən, səni tiki-tikə doğrayaram”

 

Təqsirləndirilən şəxsin ifadəsinə görə, onun Arifi bıçaqla vurmaq fikri olmayıb: “Əgər elə fikrim olsaydı, asanlıqla onu öldürərdim. Övlad nə qədər pis olsa da, ana-ata üçün şirin və əzizdir.

 

Zaqatala rayonundakı xəstəxanadan çıxaraq evdə uzananda bir də gördüm ki, oğlum və gəlinim otağa daxil oldular. Arif əlində bıçaqla üstümə hücum çəkdi və söydü. Arif dediki, sən mənim anamı öldürmüsən, səni tiki-tikə doğrayaram.

 

Dedim, ay oğul, Leyladan soruş, mən ona bir pis söz demişəmsə, onun xətrinə dəymişəmsə, kəs başımı və başımı oğlumun qabağına qoydum”.

 

“Bu yalandır”

 

Teymur ifadəsində göstərib ki, əgər Leylaya toxunmuş olsaydı, həmin gün Arif onu öldürərdi:

 

“Amma Arif mənə heç nə eləmədi. Onun mənimlə şəxsi qərəzinin birinci səbəbi odur ki, anasını öldürmüşəm, həm onun, həm də özümün namusumu təmizləmişəm. Lakin qeyrətsiz oğlum bunu başa düşmək istəmədi.

 

İkinci səbəbi odur ki, Arifin qaldığı evin ikinci otağını düzəltmək üçün faner, sement, taxta almışam, həmin materialları Arifin evinə yığmışam. Oğlum mən evdə olmayanda həmin materialları satıb. Leyladan soruşanda ki, Arif niyə otaq düzəltmək üçün aldığım materialları satıb? Gəlinim dedi ki, sən onun anasını öldürmüsən, səninlə qalmaq istəmir.

 

Bildirdim ki, ay qızım, sən mənə yalvardın, dedin ki, ay ata, nə olar Səidənin evinə get, onları başa sal, indi məni oğlumla pis salırsan. Həmin gün,yəni məni armaturla döydükdən sonra Arif Leylanı da armaturla döydü. Arif öz həyat yoldaşına dedi ki, əgər atamın üzünə durmasan, səni də boşayıb, tək yaşayacağam.

 

Qonşumuz Şamil yalandan şahidlik etdi ki, guya bıçaq məndə olub. Bu yalandır. Oğlum Arif mənim aldığım 500 manat dəyərində olan materialları – 20 ədəd faneri, 10 kisə sementi və taxtaları icazəsiz Şamilə satıb. Ona görə də onlar əlbirdilər. Şamil əvvəlcədən Arifin ona satdığı tikinti materialının oğurluq olduğunu bilib”.

 

“Teymura “ata” deyə müraciət etmişəm”

 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Leyla bildirib ki, 2017-ci ildə Balakən rayon Şambul kənd sakini Ariflə Rusiyada ailə qurub:

 

“Arif 2018-ci ildə mənimlə 16 yaşım tamam olmamış evləndiyi üçün Rusiyada məhkəmənin qərarı ilə bir il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildi. 2019-cu il tarixdə tək Dağıstandan Arifin yaşadığı Balakən rayonu Şambul kəndinə gəldim və Arifin qardaşının yaşadığı evdə yerləşdim.

 

Təxminən bir həftə sonra Arif cəzasını qurtardı və Azərbaycana qayıtdı. Arifin atası Teymur da tez-tez bizə gəlib,axşamlar gecələməyə qardaşı Əlinin yaşadığı evə gedib. Qayınatamla ilk vaxtlar münasibətim yaxşı olub. Ona “ata” deyə müraciət etmişəm. Teymir da mənə “qızım” deyib.

 

Teymurla Azərbaycan dilində danışmışam. Çünki avar dilini bilməmişəm, Teymur isə rus dilini zəif bilib”.

 

“Dedi ki, ay qızım, gəl məni öp”

 

Leylanın sözlərinə görə, təxminən 2020-ci ilin fevralın ortalarında, saat 9 radələrində qayınatası Teymur Ariflə onun yaşadığı evə gəlib: “Həmin vaxt Arif su gətirməküçün evdən getmişdi. Teymur evə gələrək qapını örtdü, qapının qarşısında dayanaraq üzərimə gəldi. O, sağ yanağını barmağı ilə göstərdi və dedi ki, ay qızım, gəl məni öp. Mən öpməyəcəyimi dedim. Qayınatamın bu istəyinə görə pis olduğum üçün evdən çölə çıxmaq istədim. Giriş qapısının qarşısında Teymur qolumdan tutaraq məni özünə tərəf çəkdi və əllərini arxama, sinəmə və ayaqlarıma sürtdü.

 

Sonra məni qapının yanında taxtın üstünə zorla oturtdu. Məni taxta uzatmaq istəsə də, müqavimət göstərdiyimdən uzada bilmədi.

 

Teymur əli ilə mənə qarşı əxlaqsız hərəkətlər etməyə başladı. Müqavimət göstərdiyim üçün başım onun alt dodağına dəydi, dodağından qan açıldı. Teymur üzərimdən aralandı. Tez duraraq evdən çıxdım. Sonra Teymur getdi.

 

Sabahısı gün Teymur gələrək xahiş elədi ki, dünənki hadisə barədə Arifə heç nə deməyim, yoxsa Arif onunla danışmayacaq, onun gözündən düşəcək. Qayınatama heç nə demədim və ağladım. Amma Arifə də heç nə demədim. Bundan sonra Teymur bizə gələndə evdə tək olardımsa, ona çay-çörək verdikdən sonra evdən çölə çıxırdım”.

 

“Arxadan məni tutdu”

 

Leyla bildirib ki, təxminən 1 həftə sonra, 2020-ci il fevralın sonlarında Arif işə gedəndən sonra Teymur evə gəlib: “Axşama kimi evdə oturdu. Artıq hava qaraldığı üçün evə girdim, odun sobasının yanında yerdə oturdum. Təxminən saat 20 radələrində qəflətən Teymur digər otaqdan gələrək arxadan mənə yaxınlaşdı, əlləri ilə məni tutdu.

 

Onun əlindən çıxmaq istəsəm də, məni zorla tutaraq saxladı. Əynimdəki paltarlarının üstündən mənə qarşı yenə də əxlaqsız hərəkətlər etməyə başladı. Sonra heç nə demədən getdi. Bu barədə də Arifə heç nə demədim”.

 

“50 yaşında kişi ilə münasibəti var…”

 

Leylanın sözlərinə görə, sabahı gün saat 9 radələrində Teymur onlara gəlib: “Bildirdi ki, artıq ibadət eləməyə başlayıb, bir də belə hərəkətlər etməyəcək. Mənə yalvardı ki, Arifə heç nə deməyim. Teymura üz vermədim. Bundan sonra o məni şərləməyə başladı.

 

Ona qulluq etməməyimi, guya qonşuluqda təxminən 50 yaşlı kişi ilə gizli münasibətdə olduğum barədə kənddə gördüyü hər kəsə danışdı. Bu barədə Arif də eşitdi.

 

Sonra Teymur Arifdən və məndən bu hərəkətinə görə üzr istədi. Teymurun bu cür hərəkətləri üstündə ailədə daimi mübahisə yarandı”.

 

“Səni də arvadım kimi kəsəcəyəm”

 

Leyla bildirib ki, növbəti dəfə qayınatası onun yaşadığı evə gəlib: “Teymurun qabağına çay-çörək qoydum. Yeməyini yeyib qurtdardıqdan sonra masanı yığışdırmaq üçün ora yaxınlaşdım. Qab-qacağı götürəndə Teymur arxa nahiyəmə əlinin içi ilə şillə vurdu. Kənara çəkildim və ondan nə etdiyini soruşdum. O, gülməyə başladı və birlikdə cinsi əlaqədə olmaq istədiyini söylədi.

 

Teymurun əxlaqsız təklif və hərəkətləri barədə ərimə deyəcəyimi bildirdim. Bu sözləri deyəndən sonra Teymur masanın üzərindəki mətbəx əşyaları olan qaba baxdı, lakin oradan heç nə götürmədi. Fikirləşdim ki, Teymur bıçaq axtarır. Bu səbəbdən qorxaraq həyətə qaçdım. Teymur da arxamca həyətə qaçdı və ayağındakı corabıni çərisindən namaz qılınan zaman başa taxılan balaca papağın arasına bükülmüş bıçağıçıxararaq “səni də arvadım Ayzənət kimi kəsəcəyəm” deyərək üstümə yeridi.

 

Pilləkənlərdən düşdü, təxminən 2-3 metr aralıda dayanaraq məni öldürməklə hədələdi”.

 

“Fermada sığınacaqda yerləşdik”

 

Leylanın sözlərinə görə, Teymur həmin bıçağı həmişə üzərində gəzdirib: “Bu zaman qışqırdım,həmin vaxt ərim Arif işlədiyi yerdən həyətə gəldi və atası Teymura sakit olmasını bildirdi. Teymur Arifə dedi ki, arvadın Ramazanla gəzir. Mən də Arifə Teymurun əli ilə arxama vurduğunu dedim. Arif Teymura avar dilində nə isə dedi. Elə bu vaxt Teymur əlindəki bıçaqla üstümə tərəf gəldi.

 

Arif əlinə odun parçası götürərək mənimlə atasının arasına girdi. Taxta parçası ilə Teymurun bıçaq olan əlinə vurdu. Teymur isə sol əli ilə özünü qorudu, zərbə onun digər əlinə dəydi.

 

Teymur daha da qəzəblənərək əlindəki bıçaqla Arifə hücum etdi. Dedi ki, əlindəki bıçaqla onu öldürəcək. Arif odun parçasını özünü qorumaq üçün havada fırlatdı. Çünki Teymur təxminən 1-1.5 metr aralıdan bıçağı sağa-sola hərəkət etdirirdi.

 

Odun parçası Teymurun başının sol tərəfinə dəydi, Teymur yerə yıxılaraq başını tutdu, sonra qışqırmağa başladı. Arif qardaşına zəng elədi, Teymuru xəstəxanaya apardılar. Bu hadisədən təxminən 15 gün sonra bizə Balakən rayon polis şöbəsindən zəng etdilər, Teymurun Arifdən polisə şikayət elədiyini bildirib, bizi polis şöbəsinə çağırdılar.

 

Bundan sonra Teymurla aramızda mübahisələr davam etdiyindən Arif və mən Şambul kəndində birgə yaşadığımız evdən çıxmaq qərarına gəldik. Mal fermasında olan sığınacağa müvəqqəti yerləşdik, orada yaşadıq”.

 

“Yalvardım ki, məni buraxsın”

 

Leylanın ifadəsinə görə, səhər Arif ot biçmək üçün gedib: “Mən isə fermada birlikdə yaşadığımız sığınacağı təmizləməyə başladım. Həyətdə iş gördüyüm zaman saat 12 radələrində qaynatam Teymur qəfildən əlində təxminən 50-60 santimetr uzunluğunda armaturla mənə yaxınlaşdı. Dedi, məndən polisə şikayət eləmisən, məni pis vəziyyətə salmısan. Ona bildirdim ki, mənim səninlə işim yoxdur, qoy ərimlə rahat yaşayaq. Teymur isə dedi ki, sən mənimlə gəlməlisən. Gəlməyəcəyimi dedikdə, əlindəki dəmir parçası ilə əvvəl başımdan, sonra bel, baş və qol nahiyələrimə vurdu.

 

Yaxamdan dartaraq onunla gəlməsəm öldürəcəyini bildirdi. Qışqırmağa başladım, lakin səsimi eşidən olmadı. Teymur qışqırdığımı görərək dəmir parçası ilə yenə də başıma və bədənimə vurdu.

 

Məni zorla çöl yolu ilə dəmirlə başıma vura-vura özü ilə getməyə məcbur etdi. Əlimlə zərbələrin qarşısını almaq istəyəndə zərbə əllərimə də dəydi.

 

Teymurla çöl ilə gedərkən məni çölün kənarlarında qurumuş kanalın içinə bir neçə dəfə saldı və oradan çıxmağa məcbur etdi. Kanalın qarşısında qaçmaq istəsəm də, yaxamdan möhkəm tutduğu üçün əlindən çıxa bilmədim. Məni döyə-döyə təxminən 300-400 metr aralıda olan daha bir kanalın içərisinə saldı.

 

Kanalın içində paltarlarımı çıxartmağı tələb etdi. Teymurun nə etmək istədiyini başa düşdüm, ona yalvardım ki, məni buraxsın”.

 

“Zorla mənimlə cinsi əlaqədə oldu”

 

Leyla qeyd edib ki, Teymur onun yalvarışlarına və ağlamağına məhəl qoymayıb: “Paltarlarımı çıxartmadığımı görəndə armaturu yerə qoydu, zorla koftamı soyundurdu. Məni armatur parçası ilə döydüyü üçün başım, üzüm və əlim qan içində idi. Artıq halsızlaşmışdım və Teymurdan çox qorxmuşdum. Ona görə Teymur paltarlarımı çıxardanda ona müqavimət göstərə bilmədim.

 

Qorxudan sıxılaraq yerdə oturdum. Teymur isə yerə donun üstünə uzanmağımı göstəriş verdi. Yoxsa əlindəki armaturla məni döyəcəyi və məni öldürəcəyi ilə hədələdi. Çox qorxduğumdan məcbur yerə uzandım. Ondan bıçaq olduğunu gördüyüm üçün fikirləşdim ki, Teymur məni burada, heç kimin olmadığı yerdə öldürəcək. Qayınatam məni öldürmədi, zorla mənimlə cinsi əlaqədə oldu”.

 

“Məni zorlayandan sonra öldürəcəyini fikirləşdim”

 

Leylanın sözlərinə görə, Teymur onu zorladıqdan sonra üzərindən durub və kənarda oturub:

 

“Donumu və koftamı geyindikdən sonra armaturun yerdə olduğunu gördüm. Oradan qaçmaq üçün armaturu yerdən götürərək Teymurun başına vurdum. Lakin Teymur çəkildiyi üçün zərbə onun üzünün sağ tərəfinə zəif şəkildə dəydi və Teymurun üzü sıyrıldı. Tez dəmiri əlimdən aldı, məni öldürəcəyini bildirdi. Yenə ona yalvardım ki, məni öldürməsin. Çünki onda bıçağı görəndən sonra həqiqətəndə məni zorlayandan sonra öldürəcəyini fikirləşmişdim.

 

Teymur dedi ki, onunla bir qədər aralıda olan su yerinə getməliyəm. Fikirləşdim ki, məni daha uzaqda, başqa yerə apararaq orada öldürmək istəyir. Ona görə ora getmək istəmədim. Lakin çox qorxduğumdan və çöllükdə heç kimin olmadığı yerdə tək olduğumdan məcbur qalaraq kanaldan çıxdım, əkin sahələrinin içi ilə onun dediyi yerə getməyə başladım. Mən öndə Teymur isə arxamca gəldi.

 

Təxminən 500 metr gedəndən sonra orada içərisində su axan kanal gördük. Teymur məni məcbur elədi ki, orada əl-üzümü və paltarlarımı yuyum. O mənim bütün paltarlarımı orada yuduzdurdu”.

 

“Məni atacağından qorxdum”

 

Leyla qeyd edib ki, qayınatası oğlundan qısas almaq məqsədilə onu zorladığını deyib: “Teymur dedi ki, əlindəki bu armaturla Arifi də öldürə bilərdi, amma öldürmədi. Çünki onun öz qanındandır.

 

Teymura bu barədə heç kimə deməyəcəyimi, bundan sonra da gəlin-qayınata münasibətində yaşayacağımızı, evə gedən kimi çimərək qanımı yuyacağımı və bundan Arifin xəbəri olmayacağını dedim. Bundan sonra Teymur məni buraxdı.

 

Qaça-qaça qaldığımız fermaya getdim. Orada Arifi gördüm. Teymurun hədələrindən və olanları Arifə deyəcəyim təqdirdə ərimin məni atacağından qorxduğum üçün Teymurun məni yalnız döydüyünü, başqa heç bir hərəkət eləmədiyini dedim.

 

Arif bu barədə polisə məlumat verdi və polislər gələtək bizi polis şöbəsinə apardılar. Oradan ekspertizaya, oradan da Zaqataladakı xəstəxanaya getdik”.

 

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Teymir 9 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

 

Teleqraf