Balasanyan ruslardan azərbaycanlı jurnalistləri Qarabağa buraxmamağı tələb etdibackend

Balasanyan ruslardan azərbaycanlı jurnalistləri Qarabağa buraxmamağı tələb etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı separatçı-terrorçu dəstənin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Rusiya sülhməramlı kontingentinin komandirinə müraciət edib. 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Vitali Balasanyan general-mayor Andrey Volkovdan tələb edib ki, qondarma “DQR”in razılığı olmadan azərbaycanlı jurnalistlərin və digər ölkələrin media nümayəndələrinin sülhməramlı qüvvələrin məsuliyyət zonasına daxil olmasına icazə verilməsin.

Xatırladaq ki, ötən gün Azərbaycanda fəaliyyət göstərən Haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev rusiyalı sülhməramlıların müşayiətilə Laçın şəhəri və Zabux kəndində olub.

Jurnalistin Laçından hazırladığı reportaj erməniləri qəzəbləndirib.

Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt verib.