“Balaşı o qədər yorduq ki, elə bil 70 yaşında öldü” – Xatunbackend

“Balaşı o qədər yorduq ki, elə bil 70 yaşında öldü” – Xatun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Onun bu dünyadan vaxtsız gedişi hamını yandırdı. Gecə-gündüz ailəsi üçün çalışırdı. Biz dörd övladı hər zaman bir arada tutmağa çalışırdı”.

Bu sözləri müğənni Xatun Əliyev “Elgizlə izlə” proqramında deyib. Sənətçi dünyasını dəyişən stilist qardaşı Balaşdan bəhs edib:

“Rəhmətə getməzdən əvvəl bacımla aramı elə düzəldirdi ki… Aramız bir az sərin olan kimi başlayırdı. Balaş bibisinə, xalasına, hamıya yaxşı davranırdı. 37 yaşında rəhmətə getdi. Onu o qədər yorduq ki, elə bil 70 yaşında dünyasını dəyişdi. Mənim oğlum, bacımın övladı üçün nələr etdi. Kimə nə etdirsə, həmin adam bildi-bilmədi fərqi yox idi. Deyirdi, Allah bilsin bəsdir. Sosial şəbəkələr başlayanda deyirdim filankəslər instaqramla işləyir. Deyirdi yox, istəmirəm”.