Balıq və ətin xarab olmasının qarşısını alan təbii vasitə tapılıbbackend

Balıq və ətin xarab olmasının qarşısını alan təbii vasitə tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin alimləri balıq və ətin xarab olmasına səbəb olan bakteriyaların artımını darçın efir yağı vasitəsilə əngəlləməyin mümkün olduğunu müəyyən ediblər.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu “Food Bioscience” jurnalında dərc olunub.

Aparılan araşdırmalara əsasən, darçın efir yağı laboratoriya şəraitində Shewanella putrefaciens adlı bakteriyaya qarşı güclü antimikrob təsir göstərib. Qeyd edək ki, bu bakteriya hətta aşağı temperaturda belə balıq və ət məhsullarının xarab olmasına səbəb olur.

Mütəxəssislərin fikrincə, hətta az miqdarda efir yağı belə bakteriyaların çoxalmasını ləngidir və hüceyrə membranlarının bütövlüyünü pozur. Nəticədə hüceyrədaxili maddələrin – zülal və nuklein turşularının – sızması müşahidə olunur və bakteriyalar məhv olur.

Əlavə tədqiqatlar göstərib ki, darçın yağı bakterial hüceyrələrdə reaktiv oksigen növlərinin səviyyəsini artıraraq oksidləşdirici stress yaradır. Alimlər bu təsiri yağın əsas tərkib hissəsi olan trans-sinnamaldehid birləşməsi ilə əlaqələndirirlər.

Məhz bu maddə bakteriyalarda enerji mübadiləsini və hüceyrə bərpasını pozaraq, onların yaşama qabiliyyətini azaldır.

Tədqiqatçılar hesab edirlər ki, darçın efir yağı gələcəkdə təbii konservant kimi istifadə oluna və ət məhsullarının saxlanma müddətini əhəmiyyətli dərəcədə artıra bilər.

//Gülnarə Abasova, Editor.az