Balkon uçdu, 84 nəfər xəsarət aldıbackend

Balkon uçdu, 84 nəfər xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan Səhiyyə Nazirliyi respublikanın Qudermes rayonunda dəfn mərasimi zamanı balkonun uçması nəticəsində xəsarət alanların sayını açıqlayıb.

Nazirliyin açıqlamasında ümumilikdə 84 nəfərin tibbi yardıma müraciət etdiyi, onların yarısının xəstəxanaya yerləşdirildiyi bildirilib: “Müayinə və təcili yardımdan sonra 43 xəstə xəstəxanaya yerləşdirilib, onlardan ikisi reanimasiya şöbəsinə yerləşdirilib”, – Regional Səhiyyə Nazirliyindən bildiriblər.
Çeçenistanın səhiyyə naziri Adam Alxanov vəziyyəti şəxsi nəzarətinə götürüb.

Regional prokurorluq Çeçenistan prokuroru Arsan Adayevin göstərişlərinə uyğun olaraq hadisə ilə bağlı araşdırma aparır. Qeyd edək ki, fövqəladə hal İşxoy-Yurt kəndindəki fərdi evdə baş verib. Dəfn mərasimi zamanı müvəqqəti taxta konstruksiya sakinlərin uçub.

//Samir Qurbanov, Editor.az