İtaliya Milli komandasının sabiq hücumçusu Mario Balotelli İtaliya yığmasının Dünya Çempionatının “Play-off”-nun yarımfinalında Şimali Makedoniyaya məğlubiyyətini şərh edib. Editor.az xəbər verir ki, Balotelli İtaliyanın “Sky Sport” qəzetinə müsahibə verib.
“Hər zaman İtaliya yığma komandası məğlub olanda xatırlanıram. Oyundan öncə heç kəs mənim haqqımda düşünməmişdi belə. Hesab etmirəm ki, mən heyətdə olsaydım mütləq qələbə qazanardıq, sadəcə mən rəqibin qapısı qarşısında yaxşı oynayan hücumçuyam. Qol vurmaq üçün şərait yaradıb, onlardan yararlana bilərdim.”- deyə Balotelli bildirib”.
//Nəzərbəy Hacıağayev, Editor.az

