Finlandiya “Balticconnector” qaz kəmərinin təzyiqsizləşdirilməsi səbəblərini araşdırır. Qəza zamanı boru kəməri ərazisində Çin və Rusiya gəmiləri olub.
Editor.az Finlandiya Milli Təhqiqat Bürosunun müstəntiqi Risto Lohinin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları qəza zamanı Balticconnector bölgəsində Honq-Konq bayrağı altında üzən Yeni Qütb Ayısı və Rusiyanın Sevmorputunun olduğunu müəyyən ediblər.
“İstintaqda bu xüsusi dəniz zonasında nəqliyyatın hərəkəti açıq mənbələrin imkan verdiyindən daha ətraflı araşdırılır. Gəmilərin hərəkəti ilə yanaşı, onların tarixi və əvvəlki fəaliyyətləri də digər ölkələrin səlahiyyətli orqanları ilə əməkdaşlıqda yoxlanılır”, – müstəntiq izah edib. Qeyd olunur ki, qaz kəmərində baş vermiş insidentlə bağlı araşdırmalar davam edir. Hava şəraitinin yaxşılaşması dalğıc əməliyyatlarının aparılmasına və zədələnmiş ərazinin yoxlanılmasına imkan verib.
Xatırladaq ki, oktyabrın 10-da Finlandiya Baltik dənizinin dibi ilə ölkəni Estoniya ilə birləşdirən “Balticconnector” qaz kəmərinin zədələndiyini bildirib.
//Samir Qurbanov, Editor.az