Baltik dənizində NATO gəmiləri pilotsuz uçuş təyyarələri ilə əvəz oluna bilərbackend

Baltik dənizində NATO gəmiləri pilotsuz uçuş təyyarələri ilə əvəz oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO sualtı infrastrukturun mühafizəsi üçün Baltik dənizində patrul xidməti həyata keçirən Baltik keşikçiləri əməliyyatını dayandırmağa və sularda yerləşən gəmiləri pilotsuz uçuş aparatları ilə əvəz etməyə hazırlaşır.

Editor.az xəbər verir ki, bu barədə İsveç Radiosu məlumat yayıb.

Əməliyyat yanvar ayında Baltik dənizinin dibində sualtı kabellərin zədələnməsindən sonra başlayıb.

NATO baş katibinin innovasiyalar, hibrid texnologiyalar və kibertəhlükəsizlik üzrə köməkçisi Jean-Charles Ellermann-Kingombe əməliyyatın baha başa gəldiyini və resurs tutumlu olduğunu bildirib.

Bu kontekstdə NATO dəniz pilotsuz uçuş aparatlarının və peyklərinin döyüş gəmilərini əvəz edə biləcəyini yoxlayacaq.

Ellermann-Kingombe bildirib ki, alyans iyun ayında Baltik dənizinə 60-80 dəniz pilotsuz uçuş aparatından ibarət donanma yerləşdirəcək.

//Gülnarə Abasova, Editor.az