Baltik dənizində NATO-nun genişmiqyaslı hərbi təlimləri başlayıbbackend

Baltik dənizində NATO-nun genişmiqyaslı hərbi təlimləri başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baltik dənizində NATO və BALTOPS tərəfdaşları arasında iki həftə davam edəcək böyük birgə təlimlər başlayıb. Editor.az bildirir ki, bu barədə Estoniya və Finlandiya mətbuatı xəbər verir.

Təlimlərə ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Donanmasının komandiri rəhbərlik edir. Onların məqsədi müttəfiq qüvvələrinin uyğunluq və ahəngdarlığını artırmaqdır.

Təlimlərdə həmçinin dənizdə müharibənin bütün aspektlərinin işlənilməsi planlaşdırılır. Hərbi manevrlərdə 20 ölkədən 6 minə yaxın hərbçi, 50 gəmi və 45-ə yaxın təyyarə və helikopter iştirak edəcək. Təlimlərin iştirakçıları ötən həftədən Estoniyaya gəlməyə başlayıblar. Estoniya Hərbi Dəniz Qüvvələrinin komandanı Yuri Saska qeyd edir ki, bu, ölkə üçün tarixi hadisədir, çünki bu, 1972-ci ildən bəri Baltik dənizində keçirilən ən böyük çoxmillətli təlimdir.

Xatırladaq ki, iyun ayında Almaniyada NATO ölkələrinin hərbi hava qüvvələrinin irimiqyaslı təlimləri də keçiriləcək ki, bu da Alyansın tarixində ən böyük belə manevr olacaq.

  //Samir Qurbanov,Editor.az