Baltikyanı ölkələrlə Rusiya Federasiyası arasında “dəmir pərdə”: Mariya Zaxarova istehza etdibackend

Baltikyanı ölkələrlə Rusiya Federasiyası arasında “dəmir pərdə”: Mariya Zaxarova istehza etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Latviyanın baş naziri Evika Silininin Baltikyanı ölkələrin Rusiya Federasiyası ilə sərhəddə “dəmir pərdə” çəkmək planları ilə bağlı sözlərinə münasibət bildirib.

Xanım Zaxarova ölkədə bunun üçün kifayət qədər material olduğuna şübhə edib. “Onlarda dəmir kifayət qədərdir, yoxsa Rusiyadan alacaqlar?” — deyə xanım Zaxarova Telegram-da yazıb.

Qeyd edək ki, bundan əvvəl xanım Silina bəyan etmişdi ki, gələcəkdə Baltikyanı ölkələrlə Rusiya və Belarus arasında “dəmir pərdə yaranacaq”. O, Rusiyadan enerji və iqtisadi müstəqilliyi nəzərdə tutduğunu qeyd etmişdi.

Onu da xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi bu həftənin əvvəlində Latviya, Litva və Estoniyadan olan 347 vətəndaşın ölkəyə girişinə qadağa qoyub. Siyahılara Latviya və Estoniyanın baş nazirləri, Evika Silina və Kaja Kallas, habelə nazirlər, deputatlar, ictimai xadimlər və jurnalistlər daxildir.

//Samir Qurbanov, Editor.az