“BANK OF BAKU” KREDİTİNİ GECİKDİRƏN MÜƏLLİMƏNİ NAZİRLİYƏ ŞİKAYƏT ETDİ…backend

“BANK OF BAKU” KREDİTİNİ GECİKDİRƏN MÜƏLLİMƏNİ NAZİRLİYƏ ŞİKAYƏT ETDİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir aydır “Bank of Baku”ya olan kreditini ödəyə bilməyən müəllimlə bağlı sözügedən bank məktəbin direktoruna və nazirliyə şikayət edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə vətəndaş Rəşid Cəfərov sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib ki, krediti götürən müəllimə bir ildir ki, gecikmə olmadan borcunu ödəyir. Bir aylıq gecikmə yarandığı zaman isə bank müəllimlə bağlı onun işlədiyi məktəbin rəhbərliyinə və Elm və Təhsil nazirliyinə şikayət edib:

“Tanışımın “Bank of Baku”da krediti var. Özü müəllimədir. Bir ildi ödəniş edirdi, bu aydan ailə problemi yarandığı üçün gecikdirib biraz. Bank zəng edərək xanıma hədə-qorxu gəlir ki, ödənişi et. Daha sonra isə nazirlik, məktəb direktoruna zəng edib. Başa düşürəm krediti götürübsə, ödəmək borcumuzdur. Ödəyə bilmirəmsə, ver məhkəməyə də. Daha nazirlik, direktor, yığmadıqlaeı adam qalmır”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.