“Bank VTB” və “Yelo Bank”ın müştərilərinin nəzərinə: Ehtiyatlı olunbackend

“Bank VTB” və “Yelo Bank”ın müştərilərinin nəzərinə: Ehtiyatlı olun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda Rusiya kapitallı 2 bank var: “Bank VTB (Azərbaycan)” və “Yelo Bank”. Onların vəziyyəti barədə suallar daxil olur. Əvvəla, onu deyim ki, bu banklar heç dünyanın düz vaxtında normal işləyə bilmirdi. Normal idarəetmə olmayıb, yeyinti çox olub, problemli kreditlərin həcmi böyükdür. Təbii ki, Rusiyanın maliyyə sisteminin hazırda üzləşdiyi problemlərlə əlaqədar bu bankların da qara günləri başlayıb. Ən çətin durumda “Bank VTB (Azərbaycan)”dır. Çünki Rusiyanın VTB bankının yerli törəməsidir. VTB-yə qarşı isə Qərb tərəfindən sanksiyalar tətbiq olunub. “Yelo Bank”ın isə əsas səhmdarları Rusiya vətəndaşları Vahid Ələkbərov (ona tam məxsus olan “Topaz Investments Limited” MMC vasitəsilə səhmlərin təxmini 96%-nə malikdir) və Marina Kulişovadır (səhmlərin 4%-dən çoxuna malikdir və həm də “Topaz Investments Limited” MMC-nin rəhbəridir). Bu bank xeyli problem və qalmaqallardan sonra sırf əsas səhmdarı Vahid Ələkbərovun dəstəyi nəticəsində indiyədək üzdə qala bilib”.

Bunu ekspert Əkrəm Həsənov bildirib.

Bank VTB (Azərbaycan)” nağd kreditdə maksimal məbləği yenidən artırdı

Ə.Həsənov qeyd edib ki, həm VTB-nin, həm də V.Ələkbərovun durumu hazırda ürəkaçan deyil: “Bu baxımdan buradakı banklarının başına hər nə desən, gələ bilər. Buna görə də onların müştərilərinə ehtiyatlı davranmağı tövsiyə edirəm. Sığortalı əmanətçilər (100 000 manatadək) və sahibkarlar (20 000 manatadək) narahat olmaya bilər. Vəsaitləri sığortalıdır. Digərləri, xüsusən korporativ müştərilərin isə tədbirli olmasında fayda var. Bu banklara borcu olanlara gəldikdə isə aşağıdakıları bildirirəm. Məlumdur ki, bu iki bank nəinki qanuni, həm də qanunsuz yollarla borc qaytarmaq üzrə yerli liderlər sırasındadır. Özü də nəinki qanunsuz fəaliyyət göstərən kollektorlardan, həmçinin bəzi hüquq-mühafizə orqanlarından da kollektor kimi istifadə etməkdən çəkinmirlər. Mövcud durumda borclular daha ürəkli olaraq qanunsuz təzyiqlərə qarşı tam cəsarətlə “Get hoppan!” deyə bilərlər. Çünki onlar qoçuluq etmək iqtidarında deyillər hazırda!”

//pravda.az