Banklardakı əmanətlərin həcmi niyə azalır?- SƏBƏBLƏR AÇIQLANDIbackend

Banklardakı əmanətlərin həcmi niyə azalır?- SƏBƏBLƏR AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əhalinin əmanətlərinin aşağı düşmə səviyyəsi o qədər çox deyil, bunu faciəyə döndərmək lazım deyil”.

Bu sözləri Editor.az-a iqtisadçı ekspert Pərviz Heydərov Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcminin azalmasının səbəbləri barədə danışarkən deyib.

Ekspert qeyd edib ki, fevral ayında ölkəmizin banklarında əmanət həcminin azalmasında bir neçə səbəb əsas rol oynayıb:

” Təbii ki, bunlardan birincisi əmanətlər üzrə gəlirdən 10% vergi tutulmasının bərpa olunmasıdır. 7 il ildir ki, bu qayda aradan götürülmüşdü. Bəli, cəmi 7 il idi. 7 ildə əmanətlər üzrə həcm də arta-arta inkişaf dinamikası nümayiş etdirib. Bunu ona görə tətbiq etmişdilər ki, 2015-ci ildə iki devalvasiya qərarından sonra ölkənin bank sektoru fəlakətli duruma düşmüşdü. Camaat əmanətlərini banklardan çəkirdi. Bunun qarşısını almaq lazım idi, ona görə də stimullaşdırıcı tədbirlərdən biri kimi depozitlər üzrə gəlir vergisindən müvəqqəti olaraq vergi sistemi ləğv olundu. İndi bunun bərpası müəyyən əmanət sahiblərində xof yaradıb. Anlamırlar ki, vergi əmanət həcmindən deyil, onun faiz gəlirindən tutulur və bu qayda dünyanın hər yerində mövcuddur”.

İqtisadçı digər səbəb kimi isə banklara olan inamın süni yolla azaldılması təbliğatına da toxunub:

” Bu, bilərəkdən və ölkə iqtisadiyyatı üçün xaotik vəziyyət yaratmaq istəyənlərin işidir və təəssüf ki, buna da uyanlar var. Banklar niyə bağlanır ki?! Buna əsas nə ola biləər ki?! Tutaq ki, bu və ya digər bank bağlandı, nə baş verəcək ki? Ölkədə bütün banklar üzrə əmanətlər sarıdan sığorta mexanizmi mövcuddur və fəaliyyət göstərməkdədir. Heç bir bankla bağlı kiminsə əmanəti batacaq deyil. Bəli, sığorta qaydaları vardır, bu qaydalar daxilində istənilən bankdakı əmanət həcmi zəmanətlidır. Yəni, əhalinin banklardakı əmanətlərinin fevralda azalmasının səbəbləri sırasında kökdə əslində sırf subyektiv amillər durur ki, bunlar da yaxın müddətdə aradan qalxacaqdır. Obyektiv səbəblər sırasında isə əhalinin dolanışıq səviyyəsinin çətinləşməsini göstərmək mümkündür ki, bütün bunlar özü də keçici xarakter daşıyır”.

//Gülnarə Abasova, Editor.az