Banqladeşin baş naziri Şeyx Hasina istefa verib və ölkəni tərk edib. Sosial şəbəkələrdə 76 yaşlı xanım Hasinanın hərbi helikopterə minməsi ilə bağlı video yayılıb. Onun hara getdiyi məlum deyil.
Editor.az bildirir ki, bu barədə “Reuters” ordudakı mənbəyə istinadən xəbər verib. Bu gün, avqustun 5-də etirazçılar Banqladeşin baş nazirinin sarayına basqın ediblər.
AFP xəbər verir ki, yüzlərlə insan onun rəsmi iqamətgahının qapılarını sındırıb. “News18” telekanalının məlumatına görə, Şeyx Hasina Finlandiyaya gedə bilər. Lakin bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.
Xatırladaq ki, Banqladeşdə iyul ayından bəri kütləvi etirazlar davam edir. Etirazçılar, Şeyx Hasinanın partiyasını hakimiyyətdə saxlamağa kömək edən kvota sisteminə qarşı çıxırlar. Bu sistem 1971-ci ildə Banqladeş Müstəqillik Müharibəsi iştirakçılarının ailələrindən olan insanlara, milli və dini azlıqların nümayəndələrinə üstünlük verir.
//Samir Qurbanov, Editor.az