İyunun sonunda Ağ Evin iqamətgahında Barak Obama ilə Co Bayden arasında görüş baş tutub.
Editor.az. bildirir ki, bu barədə “Vaşinqton post” yazıb. Görüş zamanı Obama xəbərdarlıq edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkiləri kampaniyasında yüksək səviyyədə dəstəyə malikdir.
Barak Obamaya görə, Donald Tramp seçkilərdə demokratların güman etdiyindən daha ciddi rəqib ola bilər. Nəşr yazır ki, Obama Co Baydenin siyasi qabiliyyətləri deyil, Trampın respublikaçılar arasında güclü mövqeyindən narahatdır.
Xatırladaq k, ABŞ-da prezident seçkiləri 2024-cü ildə keçiriləcək. Demokratların namizədi Co Bayden, Respublikaçıların namizədi isə Donald Trampdır.
Son bir il ərzində Tramp üç cinayətmaddəsi ilə ittiham olunub: 2016-cı il seçkiləri zamanı sənədləri saxtalaşdırmaq, məxfi sənədlərə sahib olmaq və 2021-ci ilin yanvarında Kapitoliyə hücum etmək. İttihamlar sübuta yetirilərsə, onu üst-üstə 560 ildən çox həbs cəzası gözləyir.
//Samir Qurbanov,Editor.az

